Təhsil Nazirliyi müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirməyə başlayır | Təhsil Elanları
Təhsil Nazirliyi müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirməyə başlayır
Bölmə:Təhsil Nazirliyi 1543 dəfə oxunub
23.08.2014

2014-2015-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək keçid balını toplayan, lakin vakant yer tuta bilməyən namizədlər üçün 25-29 avqust tarixlərində əlavə yerləşdirmə üzrə elektron müraciətlərin qəbulu həyata keçiriləcək.

Təhsil Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, namizədlər “Şəxsi səhifə”sinə daxil olaraq ixtisas üzrə 4 vakant yer seçmək hüququna malikdirlər. Müraciətlərin qəbulu avqustun 29-da başa çatacaq. Proqram təminatı vasitəsilə yerləşdirmə aparılacaq və nəticələr barədə məlumat dərhal namizədlərin “Şəxsi səhifə”sinə göndəriləcək.

Əlavə yerləşdirmə nəticəsində vakant yer tutmaq hüququ qazanmış namizədlərlə sentyabrın 1-də Azərbaycan Dövlət İqtisad Universitetinin əsas binasında müsahibə keçiriləcək.