Xəzər Universitetində işləmək imkanı - VAKANSİYALAR | Təhsil Elanları
Xəzər Universitetində işləmək imkanı - VAKANSİYALAR
Bölmə:İş Elanları 7541 dəfə oxunub
17.04.2016

Kompüter müəllimi üzrə vakansiya elan olunur

Xəzər Universiteti Kompüter elmləri departamenti kompüter müəllimliyi üzrə vakansiya elan edir. Namizədlər arasında müsabiqə keçiriləcək. Müsabiqə ölkədaxili namizədlər üçün nəzərdə tutulur.

Müsabiqədə iştirak etmək üçün namizədlərdən aşağıdakı şərtlər tələb olunur:

  • İxtisas üzrə ən azı magistratura diplomunun olması;
  • Elmi tədqiqat bacarığının olması;
  • İngilis dilində tədris bacarığının olması.

 

Əlavə məlumat almaq üçün bu e-mail-ə müraciət edə və CV-nizi göndərə bilərsiniz: jmehri@khazar.org.

 

Vakansiyaya son müraciət tarixi Setyabrın1-idir

 

 

 

İqtisadiyyat və Menecment Departamenti- Maliyyə Bölməsinin Koordinatoru

İş barədə məlumat

  • Təhsil proqramlarının və iş sxemlərinin, o cümlədən departament sənədlərinin hazırlanmasında departament müdirinə kömək etmək.

●     Departamentin ixtisas sahələri ilə bağlı fəaliyyətlərin və tədbirlərin planlaşdırılması və həyata keçirilməsində departament müdirinə kömək etmək.

●     Müxtəlif təhsil proqramları ilə bağlı məlumat toplamaq və ilkin təhlil etmək.

●     Bakalavr və magistr proqramlarında maliyyə fənlərini tədris etmək.

●     Müəllimlər ilə ünsiyyət saxlamaq və fənn üzrə işçi tədris proqramlarını toplamaq.

●     Departamentdə yerinə yetirilən elmi-tədqiqat işlərində iştirak etmək və tədqiqat işlərinin nəticələrini nüfuzlu elmi jurnallarda dərc etmək.

●     Departament müdiri tərəfindən tapşırılan vəzifələri yerinə yetirməklə departamentin ümumi idarə olunmasına kömək etmək.

Tələblər

●     Maliyyə/Mühasibat sahəsi üzrə fəlsəfə doktoru dərəcəsi (və yaxud bitirmək üzrə).

●     Əla səviyyədə ingilis dili (danışıq və yazılı).

●     Yaxşı kompyuter bacarıqları (o cümlədən, məlumat bazasını idarə etmə bacarığı).

●     Yaxşı şifahi və yazılı ünsiyyət qurmaq və səmərəli işləmək bacarıqları.

●     Sərbəst şəkildə işləmək və təşəbbüs göstərmək bacarığı.

●     Müsbət düşüncəyə və ozünü motivasiya etmək xüsusiyyətinə malik olmaq.

●     Vaxt və stress idarəetmə bacarığı.

●     Kolleqiallıq: güclü iş əlaqələri və müsbət iş mühiti yarada bilmək bacarığı, hörmətcil, komandada işləmə bacarığı.

İşə başlama tarixi: 2016-cı ilin sebtyabr ayı.

Müsabiqədə iştirak etmək üçün maraqlanan namizədlərdən tərcümeyi-hal, rəy (rəy verən 3 şəxsin əlaqə məlumatları) və motivasiya məktublarını İqtisadiyyat və Menecment Departamentinin müdiri Dr. Ceyhun Məmmədova göndərmələri xahiş olunur: jmammadov@khazar.org

 

Fars dili müəllimi üzrə dosent vəzifəsi vakansiyası 

 

Xəzər Universiteti Dillər və mədəniyyətlər kafedrası fars dili müəllimi üzrə dosent vəzifəsi vakansiyası (1 yer) üçün müsabiqə elan olunur. Müsabiqə daxili namizədlər üçün nəzərdə tutulmuşdur.

Müsabiqədə iştirak etmək üçün aşağıdakı şərtlər tələb olunur:

–İxtisas üzrə fəlsəfə doktoru elmi adı;

–İxtisas üzrə 5 il pedaqoji staj;

–Elmi tədqiqat bacarığı.

 

Müsabiqədə iştirak etmək üçün sənədlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.08.1996-cı il tarixli 401 saylı əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında” əsasnaməyə uyğun olaraq elan olunduğu gündən başlayaraq, 30 gün müddətində Xəzər Universiteti “Neftçilər” kampusunda  (506-cı otaqda) qəbul edilir.

 

Tələb olunan sənədlər:

–Şəxsiyyət vəsiqəsi;

–Diplomların surəti;

–Elmi əsərlərin siyahısı.

 

Əlavə məlumat üçün bu nömrələrlə əlaqə saxlamaq olar:

Tel: +994 12 421 7916 (215);

Fax: +994 12 498 93 79.

Sənədlərin qəbulu komissiyası