“Media və PR” təlimi - ÖDƏNİŞSİZ | Təhsil Elanları
“Media və PR” təlimi - ÖDƏNİŞSİZ
Bölmə:Təlimlər / Trainings 1101 dəfə oxunub
13.04.2016

Əziz gənclər!

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Jurnalistlər işçi qrupu sizlər üçün PR və media mütəxəssisi Vüqar Babanın təqdimatında təşkil olunan “Media və PR” təlimini təqdim edir.

Təlim proqramında yer alan mövzular:
- PR və mediada əlaqələr necə qurulmalı?
- PR-ın düzgün analizi,
- Reklam və PR-ın fərqi, medianın rolu,
- İctimai əlaqələrin qurulmasında vacib amillər, 
- Gördüyünüz işlər KİV orqanlarında necə işıqlandırılmalı və daha çox kütləyə necə yayılmalı?
- Hansı mətbuata üstünlük verilməli və kimlərlə işləməli?
- PR meneceri olsaz necə işləməli və insanların qəlbinə necə yol tapa bilərsiz?
- PR ilə media bir-biri ilə necə işləməli?
- Media və PR-ın əsas öhdəlikləri nələrdir?
- Şirkət KİV ilə necə münasibət qurmalı ki, böhran zamanı nüfuzunu saxlaya bilsin?

Təlim ödənişsizdir və qeydiyyatdan keçən hər kəs iştirak edə bilər.
Təlimdə iştirak üçün qeydiyyat : https://docs.google.com/forms/d/1clgd_EsgJeQ6cDohRhGmwJNhb804R8vNU-spcZr_l7o/viewform


Tarix: 17 aprel
Saat: 14:00
Ünvan : ATGTİ-nin ofisi (28 may küç., 9/13) 

QEYD: ATGTİ-nin ünvanını android platfomalı telefonlar üçün hazırlanmış "ATGTİ Naviqasiya proqramı (https://play.google.com/store/apps/details?id=ceyhun.asyou.navigation) vasitəsilə rahatlıqla tapa bilərsiniz.