Azərsun Holdingdə İşə qəbul mütəxəssisi vakansiyası! | Təhsil Elanları
Azərsun Holdingdə İşə qəbul mütəxəssisi vakansiyası!
Bölmə:İş Elanları 2458 dəfə oxunub
12.04.2016

İnsan Resurslarını özünə peşə olaraq seçmiş və bu istiqamətdə karyera qurmaq arzusunda olan şəxslər Şirkətlər Qrupumuzun İnsan Resursları Departamentində İşə qəbul mütəxəssisi vəzifəsinə işə dəvət olunurlar.

Tələb olunan xüsusiyyətlər:

• Menecment, iqtisadiyyat və ya ictimaiyyətlə əlaqələr sahəsində ali təhsil;
• Yaş aralığı 23-35;
• Kişi namizədlər hərbi xidmətini başa vurmuş olmalı;
• Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə bilməli;
• Sənədləşmə və yazışma işlərini bacarmalı;
• MS Office proqramlarını yüksək səviyyədə bilməli;
• Araşdırma qabiliyyəti yüksək olmalı;
• Yaradıcı və təşəbbüskar olmalı, mövcud iş fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər verməyi bacarmalı;
• Ünsiyyət və gözəl nitq qabiliyyətinə malik olmalıdır.

İş barədə məlumat:

• CV-lərin incələnməsi;
• Şirkətin işçi ehtiyacının təmini, iş üçün müraciət edən şəxslərin müraciət bazasının yaradılması;
• Şirkətə iş üçün müraciət edən şəxslərlə iş müsahibələrinin və lazımi testlərin keçirilməsi;
• Namizədlərin müsahibə nəticələri barədə məlumatlandırılması;
• İşə qəbul prosesi zamanı arxivləşdirmə və sənədləşmə əməliyyatlarının aparılması;
• Yeni işçilərin rəsmi qeydiyyata alınması, sınaq müddətlərinin izlənilməsi;
• Universitetlərin karyera mərkəzləri əməkdaşlığın təşkili, karyera günləri və seminarlarlarda iştirak edilməsi;
• Əmək yarmarkalarında şirkətin təmsil olunması.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini cv@azersun.com elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “İşə Qəbul Mütəxəssisi” qeyd olunmalıdır) göndərə bilərlər və yawww.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

DEADLINE: 2016-05-11