Gənc proqramçılar axtarılır! | Təhsil Elanları
Gənc proqramçılar axtarılır!
Bölmə:İş Elanları 1198 dəfə oxunub
06.04.2016

“PRONET” şirkəti 20-25 yaş aralığı ali (texniki) təhsilli gənc proqramçıların ilkin treyninqi və sonradan işə qəbulunu elan edir! 

Namizədə olan tələblər:
Azərbaycan və rus dilləri;
baza bilikləri - php, mssql, mysql, oop, javascrip, jquery, html, css 
Həmçinin: 
– Proqramlaşdırma sahəsinə böyük həvəs;
– Məntiqli düşünmə qabiliyyəti;
– İşinə məsuliyyətlə yanaşma;
– Müstəqil araşdırma bacarığı;
– Yüksək konsentrasiya qabiliyyəti olmalıdır. 
Öhdəlikləri:
- Proqram təminatını yazmaq; 
- Mövcud proqramların üzərində dəyişiklik etmək; 
- Texniki şərtə uyğun alqoritm hazırlamaq və yazılacaq proqramın işləmə mexanizmini tərtib etmək;
- Sistem problemlərinin həlli və diaqnostikası; 
- İşləri tələb olunan vaxtda yekunlaşdırmaq;
İş günləri həftəiçi 1-5-ci günlər saat 09:00-19:00, 6-cı günlər 09:00-13:00-a kimidir. İstirahət günü bazar günüdür. Nahar şirkət tərəfindən ödənilir. 
Yuxarıda sadalanan kriteriyalara uyğun gələn namizədlərdən xahiş olunur mövzu yerinə vakansiyanın adını yazıb fotoşəkillə birlikdə CV-lərini i.aynara@pronet.az e-mail ünvanına yollasınlar. Nəzərinizə çatdıraq ki, ancaq kriteriyalara uyğun gələn namizədlər müsahibəyə dəvət olunacaqlar. Əvvəlki iş yerindən AR Əmək Məcəlləsinin 72-ci maddəsi ilə və digər nizam-intizam qayda pozuntuları üzündən işdən azad olunan şəxslərdən müraciət etməmələri xahiş olunur.