AZERCELL-də Vakansiya! | Təhsil Elanları
AZERCELL-də Vakansiya!
Bölmə:İş Elanları 8166 dəfə oxunub
15.03.2016

 

Qeyd:

  • İş qrafiki: Bazar ertəsi - Cümə günü, saat 09:00 - 18:00. Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir.
  • İş yeri: Azercellin baş ofisi (Azercell Plaza)
  •  

Əsas Öhdəliklər

  • Mühasibatlıq işlərinin görülməsi, balanslarının yoxlanılması, hesabların araşdırılması
  • Departamentlərindən daxil olan sənədlərin SAP proqramında yazılışların verilməsi və ödənişə təqdim olunması
  • Daxil olan sənədlərin müqavilə şərtlərinə uyğunluğunun yoxlanılması
  • Xarici hüquqi şəxslərin Azərbaycan mənbəyindən gəlirlərindən tutulan vergilər üzrə mühasibat yazılışların verilməsi
  • Gələcək dövrün xərclərinə aid məbləğlərin dəqiq uçotu və dövrə uyğun xərc maddələrinə silinməsi
  • Əmək funksiyaların icrasını təmin etmək məqsədilə birbaşa və  və şöbə rəhbəri tərəfindən verilən şifahi, yazılı göstərişkərin və mövcud şirkətdaxili qaydaların icrası
  • İşlərin prosedur və təlimatlara uyğun görülməsi

 Tələb Olunan Bilik, Bacarıq və İş Təcrübəsi

  • Ali təhsil (Maliyyə, Iqtisadiyyat)
  • Mühasibatlıq sahəsində yüksək səviyyəli biliyi
  • Azərbaycan, İngilis, Rus dilləri – yüksək
  • Mühasibatlıq sahəsində ən azı 5 il iş təcrübəsi        
  • Muhasibatlıq/Finance  proqramlarının  istifadəsində təcrübə və bilik
  • MS Office proqram bilikləri (Excel, Word, Access)

Tələb olunan yetkinliklər

  • Yüksək ünsiyyət bacarığı (şifahi, yazılı)
  • Qərar vermə və problem yerində həll etmə
  • Texniki/Peşəkar Biliklər

Vakansiya üzrə seçim mərhələləri

  • Tərcümeyi halların dəyərləndirilməsi
  • Yazılı tapşırıq
  • Maliyyə və İnsan Qaynaqları departamentlərinin nümayəndələri ilə müsahibələr

Sizin müraciətinizin qəbulu və dəyərləndirilməsi


Xahiş edirik ərizənizi səhifənin sağ tərəfində qeyd olunan tarixdən gec olmayaraq göndərəsiniz. 
Siz bu veb səhifədə artıq qeydiyyatdan keçmisinizsə və ya hər hansı vakansiyaya müraciət etmisinizsə, yenidən qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Səhifənin aşağısındakı və sağ tərəfindəki "Ərizəni göndər" linkini tıklayaraq, daha əvvəl yaratdığınız istifadəçi adı və parolu daxil edin.
Seçim prosesi ərizələrin qəbulu üçün son tarixdən öncə başlaya bilər.

Qeyd:

  • Siz Azercell şirkətinin işçisisinizsə xahiş edirik vakansiya üzrə müraciətinizlə bağlı məlumatı birbaşa rəhbərinizə təqdim edəsiniz.
  • Əlavə məlumat üçün Azercell-in işə qəbul üzrə mütəxəssisləri ilərecruitment@azercell.com ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.
  • Nəzərə alın ki, recruitment@azercell.com ünvanına birbaşa göndərilən CV və müraciət formaları heç bir vakansiya üzrə dəyərləndirilməyəcək! Bu vakansiya üzrə müraciət etmək üçün aşağıdakı "Ərizəni göndər" linkindən istifadə edin.

 

Ərizəni göndər Ərizəni göndər

 

Ərizələrin qəbulu üçün son tarix
03.23.2016
 
Gözlənilən başlama tarixi
03.14.2016