Tələbələr üçün yeni MÜSABİQƏ! | Təhsil Elanları
Tələbələr üçün yeni MÜSABİQƏ!
Bölmə:Elanlar 1125 dəfə oxunub
10.03.2016

RESPUBLİKA TƏLƏBƏLƏRİ ARASINDA “MADE IN AZERBAIJAN” BİZNES İDEYA MÜSABİQƏSİ
Müsabiqədə 1-ci yer 1000 AZN, 2-ci yer 750 AZN, 3-cü yer 500 AZN mükafat qazanacaqdır.

Azərbaycan Respublika Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, “Kapital Bank” ASC, Azərbaycan Dövlət İqtisad Universiteti və İnnovativ Biznes-İnkubatorun birgə təşkilatçılığı ilə tələbələr arasında “Made in Azerbaijan” biznes ideya müsabiqəsinə start verilir.

“Made in Azerbaijan” biznes ideya müsabiqəsinin qrafik aşağıdakı kimidir:
10 mart - 12 aprel – Biznes ideyaların qəbul edilməsi
12 aprel – 15 aprel - Təqdim edilən biznes ideyaların Ekspert Şurasıtərəfindən dəyərləndirilməsi və 6 finalçının müəyyənləşdirilməsi
19 aprel - Final mərhələsi və Mükafatlandırılma
Finala çıxmış biznes ideyaların təqdimatı və Münsiflər heyəti tərəfindən 3 qalibin müəyyən edilərək mükafatlandırılması.

Biznes ideyalar təqdim edilməsi barədə tələblər:
İdeyaların Sərəncama və müsabiqənin missiyasına uyğunluğu
- Modern, orijinal, kreativ və aktual yanaşma
- Layihənin daxili bazarda tətbiqinin reallığı
- Layihənin formatı (esse, təqdimat, video-çarx və digər)
- Sadələşdirilmiş və biznes ideya səviyyəsində maliyyə planı

İdeyalarınızı12 aprel 2016-cı il tarixinə qədər unec.edu.az/biznesideya2016

 
 səhifəsi vasitəsilə biznesideya@unec.edu.az e-mail ünvanına göndərə bilərsiniz.

BİZNES İDEYANIN GÖNDƏRİLMƏSİ FORMATI
http://unec.edu.az/application/uploads/2016/03/gonder.docx

Ətraflı məlumat: unec.edu.az/biznesideya2016


Email: biznesideya@unec.edu.az
Tel.: (012) 146-1-3

Müsabiqənin təşkilində əsas məqsəd Azərbaycan Respublikasının Prezindenti İlham Əliyevin 18 yanvar 2016-cı ildə “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında”imzaladığı Sərəncamın tətbiqinə ali təhsil müəssisələri səviyyəsində dəstək vermək, tələbələr arasında sahibkarlıq fəaliyyətinə marağı təbliğ etməkdir.