"İnsanları Tanıma" sənəti - TƏLİM PAKETİ | Təhsil Elanları
"İnsanları Tanıma" sənəti - TƏLİM PAKETİ
Bölmə:Təlimlər / Trainings 2293 dəfə oxunub
18.08.2014

Gün ərzində müxtəlif tipdən insanlarla ünsiyyətdə oluruq. Bir qismi ilə uğurlu münasibət qura bilsək də, digər qismi ilə münasibətlərimiz alınmır, anlaşılmazlıq baş verir, aldanırıq və ya kiminsə xətrinə dəymiş oluruq, "tanıyıram" dediyimiz insanların əslində tanımadığımız xüsusiyyətləri qarşımıza çıxır. Bu xüsusiyyətlərin qarşımıza vaxtından gec çıxması səbəbi ilə üzüntü yaşayırıq.

Bu təlimlərlə insanları vaxtında, daha yaxşı tanımaq, onlara uyğun davranışlarınızı tənzimləmək istəyirsinizsə, peşəkar psixoloqlardan ibarət komandamızla köməyinizə hazırıq.

Təlimlər 2 gün davam edəcək. Hər gün fasilələrlə 4 saat (toplam 8 saat) olacaq. Dərslərdə ən son və praktikada effektiv metodlar öyrədiləcək. Qeydiyyatdan keçənlərdən 10 nəfər seçilərək təlimlərə qatılacaq. Online-Qeydiyyat linki aşağıda qeyd olunmuşdur:

QEYDİYYAT LİNKİ: http://goo.gl/JtwDpo

Təlim paketindən əldə edəcəksiniz:

* Ünsiyyətdə olduğunuz, birlikdə işlədiyiniz insanları daha yaxından tanımaq və onlarla uğurlu davranış mexanizmlərini
* Oğuz Sayğın metodikası ilə insanları tanımanın yolları, yaxınlarınızı və oların sizə məlum olmayan xüsusiyyətlərini aşkarlamağı
* İnsanların yalan danışıb-danışmadığını müəyyən etmək üçün effektiv üsullar
* İnsanların bədən hərəkətlərindən onların nə düşündüyünü müəyyən etmək, bu hərəkətlərin hansı mənaları ifadə etdiyini bilmək
* Fərqli tiplərdən olan isanlarla həyatımızın müxtəlif sferalarında ünsiyyət prosesində necə uğurlu ola bilməyin yollarını və s.

Təlim paketinə daxildir:

* 8 saatlıq təlim proqramı 
* kofe breyk 
* SERTFİKAT
* təlim materialları

Ödəniş: 24 AZN

Təlimlərin keçiriləcəyi tarix: 30, 31 avqust, saat 12:00- 15:00

Təlimçi: Leyla Hacıyeva (Psixi Sağlamlıq Mərkəzinin və "Refresh" Psixologiya Mərkəzinin psixoloqu)

Əlaqə: +994 55 4339919
Ünvan: İçərişəhər metrosunun arxası