“Azersun Holding” işçi axtarır- VAKANSİYA | Təhsil Elanları
“Azersun Holding” işçi axtarır- VAKANSİYA
Bölmə:İş Elanları 11178 dəfə oxunub
29.02.2016

“Azersun Holding” hüquqşünas vəzifəsinə işçi axtarır. Holdinqdən verilən məlumata görə, ali hüquq təhsilli, hüquq üzrə minimum 3 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi mart ayının 5-dir.

Namizədə dair tələblər:

- Ali hüquqi təhsil;                                                                                                                    

- Hüquq üzrə minimum 3 il iş təcrübəsi;   

Azərbaycan dilini mükəmməl səviyyədə, rus və ingilis dillərini isə ən az orta səviyyədə bilməli;

- Ünsiyyətcil olmalı və qrup şəklində işləmək qabiliyyəti, təhlil və hesabat vermə bacarığı, fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq bacarığı olmalıdır.

İş barədə məlumat:

- İddia ərizələri və prezentasiyaların hazırlanması, onların təyinatı üzrə göndərilməsi və məhkəmə baxışından əvvəl araşdırmaların aparılması;

- Etibarnamə ilə verilmiş səlahiyyətlər çərçivəsində məhkəmələrdə şirkət hüquqlarının və qanuni mənafelərinin qorunması;                                                                                                              

Məhkəmələrin və digər dövlət orqanlarının şirkətin mənafeyinə zidd olan qərarlarından şikayətlərin verilməsi;                                                                                                                             
- Şirkətin iştirak etdiyi beynəlxalq arbitraj proseslərin sənədlərinin hazırlanması, bu sahədə müvafiq təşkilatlarla əlaqələrin yaradılması və lazımi işlərin görülməsi;                                         

- Şirkətin fəaliyyətini tənzimləyən bütün növ qərarlara, əmr və sərəncamlara, şirkətdaxili əsasnamə, qayda və təlimatlara hüquqi rəyin verilməsi;                                                                           

- Mahiyyətindən asılı olmayaraq, şirkətin tərəfdaşları ilə bağlanılan bütün növ əqdlərə (azərbaycan, rus, ingilis dillərində) hüquqi rəyin verilməsi.

Vakansiya ilə maraqlanan və tələblərə cavab verən şəxslər aşağıdakı link vasitəsilə müraciət edə bilərlər:
https://hr.azersun.com/pages/openPosition.aspx?Lang=2&ID=103

Ünvan : Heydər Əliyev prospekti 92a Bakı, Azərbaycan, AZ1029

Telefon nömrəsi : (+99412) 4041905