Satış üzrə mütəxəssis | Təhsil Elanları
Satış üzrə mütəxəssis
Bölmə:İş Elanları 744 dəfə oxunub
18.08.2014

İşin funksiyası:
• Satış mütəxəssisi satış və müştəri xidmətlərinin bürün aspektlərinə cəlb olunacaqlar
• Bazarın araşdırılması yolu ilə yeni müştərilərin aşkar edilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulması
• Müştərilərlə rahat ünsiyyətin qurulması, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması
• Məhsul seçimində müştərilərə yardım edilməsi, lazımı məsləhətlərin verilməsi, rəhbərliyin göstərişlərinin icrası. Həmçinin Müqavilələrin hazırlanması və bağlanması
• Şirkətin satış həcminin artırılmasına dəstək - Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması
• İş ilə əlaqədar maliyyə sənədləşməsinin aparılması
Namizədə tələblər:
• Marketinq, satış, biznesin inkişafı və vakansiyaya uyğun olan hər hansı bir bakalavr dərəcəsi
• Azərbaycan, rus və ingilis dili (xarici bazar üçün ingilis dili şərtdir) biliyi
• Satışın qaydaları, əsasları və strukturu - Müştəri ilə ünsiyyət qurmaq bacarığı
• Təmsil etmə qabiliyyəti, satışın psixologiyası və əsasları, insan psixologiyası üzrə biliklər
• Aktiv və çalışqan
• Təzyiq altında işləmək bacarığı

Şirkət Sumgayıtda yerləşir, iş günləri -1-5; is saatları 09-18:00.

- Əmək haqqının miqdarı namizədin malik olduğu bacarıq və biliklərə görə 600-1200 AZN arasında dəyişəcəkdir.

Maraqlı olan şəxslərdən şəkilli CV-lərini göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını "Satış üzrə mütəxəssis" qeyd edib ahasanova@stp.az ünvanına göndərmələri xahiş olunur.