“Paşa Həyat Sığorta” - Master Klass təlimlər | Təhsil Elanları
“Paşa Həyat Sığorta” - Master Klass təlimlər
Bölmə:Elanlar Təlimlər / Trainings 1799 dəfə oxunub
18.08.2014

“Paşa Həyat Sığorta” şirkəti tərəfindən “Daxili Audit və Daxili Nəzarət”, həmçinin “Sığorta və Sığorta Mədəniyyəti” mövzusunda sentyabr ayında tələbələr üçün keçiriləcək növbəti Master klass təlimlərinin keçirlmə vaxtı müəyyənləşib.

1. “Sığorta və Sığorta mədəniyyəti” I – 01-03 sentyabr, 2014 tarixində, saat 15:00-dan 18:00-dək.
2.“Sığorta və Sığorta mədəniyyəti” II – 10-12 sentyabr, 2014 tarixində, saat 15:00-dan 18:00-dək,
1. “Daxili Audit və Daxili Nəzarət” –24-26 sentyabr , 2014 tarixində, saat 10:00-dan 13:00-dək.

Master klass təlimlərində iştirak etmək istəyənlər ad, soyadı, universiteti və müraciət etdiyi təlimin adı və tarixini training@pasha-life.az elektron ünvanına göndərə bilərlər. 

Qeyd edək ki, tələbələr arasında belə bir təlimin təşkil edilməsində əsas məqsəd iqtisadi sahədə təhsil alan tələbələrin sığortaya, o cümlədən həyat sığortası sahəsinə olan maraqlarını, həmçinin bu sahədə bilik və bacarıq qabiliyyətlərini daha da artırmaqdır.
Həyata keçirilən bu cür layihələrin digər məqsədlərdən biri də ölkədə sığorta sektorunun inkişafına dəstək vermək üçün əhali arasında sığorta xidmətləri və sığorta məhsulları haqqında marifləndirmə işlərini daha gücləndirmək, həmçinin sığorta ilə bağlı təbliğat-təşviqat işlərinin sürətləndirilməsinə təkan verməkdən ibarətdir.
Xatırladaq ki, “PAŞA Həyat Sığorta” ASC 2013-cü ilin iyul ayından etibarən ölkədə fəaliyyət göstərən ali təhsil ocaqlarının tələbələri üçün sığorta sahəsinə aid müxtəlif mövzularda ödənişsiz ustad dərsləri (Master Klasslar) təşkil edir.