HƏFTƏNİN VAKANSİYALARI | Təhsil Elanları
HƏFTƏNİN VAKANSİYALARI
Bölmə:İş Elanları 1988 dəfə oxunub
16.02.2016

1. Master Travel – “TUR OPERATOR”

Əmək haqqı: 100-300 AZN

Vəzifələr:

  • Müxtəlif istiqamətlər üzrə fərdi və qrup turlarının hazırlanması;
  • Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması;
  • Müştərilərlə yüksək səviyyəli münasibətlərin qurulması;
  • Otellərin bronlaşdırılması;
  • Sosial şəbəkələr üzərindən sorğuların cavablandırılması;
  • Mövsimə və tələbə uyğun turların axtarılması və reklam bölməsinə ötürülməsi;
  • İş saatları: 10:00–19:00; Şənbə günü: 10:00-16:00;
  • İstirahət günü - Bazar günü;
  • Əmək haqqı şəxsin təcrübə və bacarıqlarına görə dəyişə bilər.

Tələblər:

  • Tur menecer kimi turizm sahəsində ən azı 2 il iş təcrübəsinə malik olmaq;
  • Azərbaycan və Rus dillərini yüksək səviyyədə bilmək (ingilis dilini bilənlərə üstünlük verilir);
  • Səlis və işgüzar danışıq bacarığına malik olmaq;
  • Yüksək ünsiyyət qurma bacarığına malik olmaq;
  • Məsuliyyətli və diqqətli olmaq;
  • Gülərüz və özünə qarşı tələbkar olmaq;
  • Vaxtın idarəolunması bacarığına malik olmaq;
  • Mühitə tez uyğunlaşmaq və komandada işləmə qabiliyyətinə malik olmaq.

Şəkilli CV-lərinizi "Tur menecer" başlığı altında info@mastertravel.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Göstərilən tələblərə cavab verməyən şəxslərin CV formalarına baxılmayacaq. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

2. Titan Qrup – “LAYİHƏÇİ DİZAYNER”

Əmək haqqı: 400-600 AZN

Vəzifələr:

  • Rəhbərliyin tapşırığına əsasən layihələrin hazırlanması;
  • Verilən tapşırığı vaxtında yerinə yetirmək;
  • Obyektlərə gedib ölçü götürmək;
  • İş qrafiki: 09:00dan 18:00tək (həftədə 5 gün), şənbə-bazar istirahət günləridir.

Tələblər:

  • Avtokad, TriDeMAX proqramlarında işləməyi bacarmalı;
  • Rus və Azərbaycan dillərini mükəmməl bilməli və İngilis dili (orta səviyyədə);
  • İşində diqqətli olmalı;
  • Komandada işləmək bacarığı olmalı.

CV-lərinizi "Tur menecer" başlığı altında vefa@titan.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Göstərilən tələblərə cavab verməyən şəxslərin CV formalarına baxılmayacaq. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

3. “Əmlakçı” Estate Agency – “SATIŞ MENECERİ”

Əmək haqqı: 300-500 AZN

Vəzifələr:

  • Müştərilərin maraqlandığı mənzillər haqqında onlara tam və düzgün məlumat vermək;
  • Müştəriləri almaq istədikləri mənzillərın yerləşdiyi əraziyə müşayiət etmək, göstərmək;
  • Bütün nəticələri müdriyyətə təqdim etmək;
  • Müştərilərlə dəqiq səlis danışıb ünsiyyətə girmək;
  • Ofisə daxil olan müştəriləri mülayim qarşılamaq;
  • Lazım gəldikdə mənzili, obyekti bələdçilik edərək müştəriyə göstərmək;
  • Bütün nəticələri müdriyyətə təqdim etmək.

Tələblər:

  • Ali təhsil;
  • Rus və Azəri dilində sərbəst nitq qabiliyyəti;
  • Satış sahəsində iş təcrübəsi;
  • Satışın analizini aparmaq bacarığı;
  • Bakı şəhərini yaxşı tanımalı;
  • Səliqəli görünüşə malik olmalı;
  • İşə davamiyyətli olmali;
  • Kompyuterdə sərbəst çalışmağı bacarmalı (MS Office);
  • Punktual, məsuliyyətli, diqqətli və səliqəli olmalıdır.

CV-lərinizi "Tur menecer" başlığı altında info@emlakci.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Göstərilən tələblərə cavab verməyən şəxslərin CV formalarına baxılmayacaq. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

4. Premium Transport – “OFİS MENECERİ”

Əmək haqqı: 500-600 AZN

Vəzifələr:

  • Şirkətdaxili sənədləşmə işinin qeydiyyatı aparılmalı;
  • Personalı idarə etmək;
  • Ofisə gələn qonaqları qarşılamaq;
  • Ofisin cari təsərrüfat fəaliyyəti ilə bağlı lazımi işləri görmək;
  • Ofis daxili idarəetmə işlərini yüksək səviyyədə yerinə yetirmək;
  • Kargüzarlığın aparılması işini, daxili normativ, metodik və digər rəhbər materialları, Direktorun əmr və göstərişlərini yerinə yetirmək;
  • Daxil olan telefon zənglərinə cavab verməli, öz səlahiyyətləri səviyyəsində sorğuları cavablandırmalı və ya telefon zənglərini müvafiq şəxslərə ünvanlamalı;
  • Zavodla əlaqə saxlamaq siafrişləri təhvil almaq;
  • Firmanın işgüzar profilini, fəaliyyət istiqamətlərini, istehsalat ixtisaslaşmasını, təşkilati və idarəetmə quruluşunu, əməyin və idarəçiliyin təşkil olunmasının əsaslarını, əməyin mühafizəsi normalarını və daxili nizam-intizam qaydalarını bilmək;
  • İş rejimi: I-V günlər, saat 09:00-18:00;
  • Nahar şirkət tərəfindən verilir;
  • Şirkət servislə təmin edir.

Tələblər:

  • Yalnız xanımlar;
  • Ali təhsilli;
  • Azərbaycan dilini bilməli (Rus və İngilis dilləri arzuolunandir);
  • Yaradıcı, ciddi, səbrli, məsuliyyətli, kreativ, kollektivdə yüksək işləmək bacarığı olmalı;
  • Problemi həlletmə, ekstremal vəziyyətlərdə müstəqil qərarvermə və ünsiyyət qurma qabiliyyəti, təklif vermə yüksək səviyyədə olmalı;
  • Dəqiq, qərəzsiz olmalı və analiz, təklif vermə qabiliyyətinə sahib olmalı;
  • İşgüzar ünsiyyətin əxlaqını və peşə etiketi qaydalarını bilməli;
  • Gərgin iş şəraitində işləmək bacarığı olmalı.

CV-lərinizi "Tur menecer" başlığı altında office@premiumtransport.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Göstərilən tələblərə cavab verməyən şəxslərin CV formalarına baxılmayacaq. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

5. "Qarant Sığorta Agenti" MMC – “SATIŞ ÜZRƏ KİÇİK MÜTƏXƏSSİS”

Əmək haqqı: 100-200 AZN

Vəzifələr:

  • Satış proseslərinin reallaşdırılması;
  • Müştərilərlə sıx və yüksək səviyyəli münasibətlərin qurulması;
  • Müştərilər haqqında məlumatların müştəri bazalarına daxil edilməsi;
  • Müxtəlif şirkətlərdə görüşlər keçirmək;
  • Satış Menecerinə işində administrativ dəstək;
  • Müvafiq satış hesabatlarının hazırlanması;
  • İş vaxtı: 09:00-18:00, həftənin 6 günü;
  • Əmək haqqıdan əlavə olaraq bonus hesablanır.

Tələblər:

  • Cinsi: Kişi;
  • Yaş həddi:18-40;
  • İş təcrubəsi: mütləq deyil;
  • Dil bilikləri: Azərbaycan dili;
  • Ünsiyyətcil, səliqəli və məsuliyyətli;
  • Microsoft Office proqramının biliyi.

CV-lərinizi "Tur menecer" başlığı altında hr@qsa.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Göstərilən tələblərə cavab verməyən şəxslərin CV formalarına baxılmayacaq. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

6. Demirci Tower – “MÜHAFİZƏÇİ”

Əmək haqqı: 300 AZN

Vəzifələr:

  • Demirchi Tower İş Mərkəzinin təhlükəsizliyi;
  • İş vaxtı: 1-ci növbə: 08:00-20:00,növbəti gün: 2-ci növbə 20:00-08:00;
  • 2 gün istirahət.

Tələblər:

  • Ali Texniki təhsilli oğlanlar tələb olunur (Memarlıq və inşaat universiteti, Texniki Universitet, Neft akademiyası);
  • Ciddi və məsuliyyətli.

CV-lərinizi "Tur menecer" başlığı altında kadr@tower.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Göstərilən tələblərə cavab verməyən şəxslərin CV formalarına baxılmayacaq. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.