KATV1-də işləmək istəyənlər üçün fürsət | Təhsil Elanları
KATV1-də işləmək istəyənlər üçün fürsət
Bölmə:İş Elanları 3288 dəfə oxunub
13.02.2016

KATV1 texniki mütəxəssisləri işə cəlb etdiyini və təcrübə proqramına başladığını elan edib. 

KATV1 şirkəti təcrübəli texniki mütəxəssisləri işə cəlb etdiyini və texniki ixtisası olan tələbələr üçün nəzərdə tutulan təcrübə proqramına başlayıb.

KATV1-dən  verilən məlumata əsasən, mütəxəssislərin cəlb olunması şirkətin göstərdiyi xidmətlərin genişləndirilməsi və yeni kadr siyasətinin həyata keçirilməsi ilə əlaqədardır.

Proqram çərçivəsində müsabiqə əsasında istedadlı tələbələr seçilərək şirkətdə təcrübə keçmək və daha sonra KATV1 və ya onun törəmə şirkətlərindən birində işlə təmin olunmaq imkanını əldə edəcəklər.

KATV1 həmçinin internet-xidmətləri sahəsində geniş təcrübəsi olan yüksək ixtisaslı mütəxəssislərin xidmətlərində də maraqlıdır:

İnternet-provayder xidmətlərinin satış meneceri;

Korporativ bölmənin satış menecer;

Müştərilərlə iş üzrə menecer;

PR menecer;

SEO-optimizator;

SMM menecer;

Kontent menecer;

Saytın administratoru;

İnternet quraşdırıcı;

İnternet-provayder müfəttişi (podratçının abunəçilər üçün gördüyü işin keyfiyyətinə nəzarət);

Kabel internetinin qoşulması üzrə usta (abunəçilərin İnternet şəbəkəsinə qoşulması, qoşulmanın sazlanması, ilkin konsultasiya);

Lokal şəbəkə montajçısı;

İnternet istifadəçilərinə dəstək xidmətinin operatoru (texniki mütəxəssis);

Dispeçerlər və çağırış mərkəzinin operatorları;

Proqramçılar (dəstəkləmə, proqram məhsullarına nəzarət (hesabatların hazırlanması, işlənməsi), verilənlər bazasının administratoru).

İş axtaranlar öz CV-lərini "tehsil.im" başlığı ilə HR@katv1.az ünvanına göndərə bilər.