"Kredi Aqro” işçi axtarır – VAKANSİYA | Təhsil Elanları
"Kredi Aqro” işçi axtarır – VAKANSİYA
Bölmə:İş Elanları 2087 dəfə oxunub
11.02.2016

"Kredi Aqro” regional risklərin idarə edilməsi üzrə mütəxəssis (Zaqatala, Balakən və Göyçay filialı) vəzifəsinə işçi qəbulu elan edib. Kredit təşkilatından fins.az-a verilən məlumata görə, ali təhsilli, bank sistemində və yaxud qeyri bank sisteminde azı 2 il iş stajı olan namizədlər işlə bağlı müraciət edə bilərlər.

Namizədə dair tələblər:

- Ali təhsilli olması;

- Bank sistemində və yaxud qeyri bank sisteminde azı 2 il iş stajı;

- Kollektivdə işləmək qabiliyyəti;

- Maliyyə hesabatlarını tərtib etmək, onları təhlil etməyi bacarmaq, kredit sifarişini   düzgün qiymətləndirmək və tövsiyyələr vermək üçün düzgün qərar qəbul etmək;

- Riyaziyyat, iqdisadiyyat və ya idarəetmə sahələri üzrə baza biliklər;

- MS Office proqramında işləmək bacarığı;

- Azerbaycan dilini mükəmməl bilməyi.

Əsas vəzifə öhdəlikləri:

- İcraatında olan problemli kreditlərin məhkəmədən kənar qaydada ləğv edilməsi və problemli kreditlərin normallaşdırılması üçün tədbirlər həyata keçirir;'

- Mümkün əlaqə vasitələrindən, o cümlədən telefon vəya ünvana getməklə borclu/müştəri ilə, zaminlə və ya kreditin təminatı qoyan ilə əlaqə saxlayır;

- Borclunun və ya mülkiyyətçinin axtarılmasını və yerinin müəyyən olunması üçün mümkün tədbirləri həyata keçirir;

- Zəruri olduqda borclunun və işlə əlaqədar digər şəxslərin axtarılmasını həyata keçirir;

- Problemli kreditlər üzrə bütün sənədlərin (kredit,zaminlik,girov, ipoteka və s. müqavilələr,  iş və yaşayış yerinə haqqında arayışlar, qəbzlər, və s.) təhlilini aparır.

İşlə bağlı müraciət etmək istəyən namizədlər CV-ləri mövzu hissəsində müraciət edilən vəzifə göstərilməklə recruitment@kredaqro.com elektron poçt ünvanına göndərə bilərlər.

Ünvan : Bakı ş., Nizami küç. 1/3 Sapphire Plaza, AZ1001

Tel/ Faks : ( +994 12 ) 441-21-34 (çox kanallı)

E-mail: office@kredaqro.com