Kütləvi işçi qəbulu başlayıb - 3000-nə yaxın | Təhsil Elanları
Kütləvi işçi qəbulu başlayıb - 3000-nə yaxın
Bölmə:İş Elanları 1142 dəfə oxunub
09.02.2016

“Azərbaycan Dəmir Yolları” kütləvi olaraq işçi qəbuluna başlayıb. Bu barədə  açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib. Onun sözlərinə görə, artıq 300 nəfər işə qəbul olunub. Mart ayına qədər daha 1700 nəfərin işlə təmin edilməsi nəzərdə tutulub:

“Bu 2 min nəfər bizim İnfrastruktur Departamentində işləyəcəklər. Əsasən fəhlə işləridir, yollarda təmirlə məşğul olacaqlar. Amma bir şərt var. İşə qəbul olunmaq üçün Əmək və Əhalinin Sosial Müdafisə Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyata düşmək və ordan təqdim etmək lazımdır”.