İş axtaranların nəzərinə: 2000-dən çox VAKANSİYA var! | Təhsil Elanları
İş axtaranların nəzərinə: 2000-dən çox VAKANSİYA var!
Bölmə:İş Elanları 3075 dəfə oxunub
08.02.2016

Azəryolservis" Açıq Səhmdar Cəmiyyətindən bildiriblər ki, prezident İlham Əliyevin kənd və qəsəbə yollarının tikintisinin aparılması istiqamətində tövsiyə və göstərişlərinə əsasən, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı" və "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqram"larında avtomobil yollarının tikintisini vaxtında icra etmək, o cümlədən işsizliyin aradan qaldırılması istiqamətində ölkə rəhbərliyinin həyata keçirdiyi layihələrə dəstək olmaq məqsədi ilə Bakı şəhərində və regionlarda Cəmiyyətin Yol İstismar İdarələrinə işçi qəbulu aparır. Yol tikintisi sahəsi üzrə, yola aid xüsusi texnikaların, maşın-mexanizmlərin idarə edilməsində təcrübəsi olan və yaşayış yeri üzrə Məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyatda olan vətəndaşlar "Azəryolservis" ASC-nin həmin rayon və şəhərlərdə yerləşən Yol İstismar İdarələrinə müraciət edə bilərlər. Qeyd edək ki, ümumilikdə yol tikintisi sahəsi üzrə təcrübəsi olan 2184 işsiz vətəndaşın müvafiq işlə təmin olunması nəzərdə tutulub