BP və SOCAR sənəd qəbulu elan edib | Təhsil Elanları
BP və SOCAR sənəd qəbulu elan edib
Bölmə:İş Elanları 12311 dəfə oxunub
26.01.2016

BP və onun tərəfdaşlarının  maliyyələşdirdiyi Sosial Sərmayələr çərçivəsində SOCAR Qobustan Regional Təlim Mərkəzinə (QRTM) 2016-cı il üzrə 10 aylıq peşə təhsili üçün sənəd qəbulu elan edir. Qəbul elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, texnoloji qurğuların operatoru və təmirçi çilingər peşə ixtisasları üzrə həyata keçirilir. QRTM-ə qəbul olunan şagirdlərə təhsil haqqı  (BP  və onun tərafdaşları təmin edirlər), aylıq təqaüd  (SOCAR təmin edir), xüsusi geyim  (SOCAR təmin edir) və nəqliyyat  (SOCAR təmin edir) təminatlar verilir.

Müsabiqəyə daxil olmaq üçün aşağıdakı sənədlər tələb olunur:

1.       Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;

2.       Qaradağ rayonunda daimi və ya həmin ərazilərdə müvəqqəti qeydiyyatı təsdiq edən arayış (həmin ərazilərdə məskunlaşmış məcburi köçkünlər də daxil olmaqla);

3.       Orta ümumtəhsil məktəbini 2001 – 2015-ci illər arasında bitirmiş olmalı (orta məktəbi bitirməsi haqqında attestat);

4.       Hərbi bilet (kişilər üçün);

5.       Tibb müəssisəsindən sağlamlıq haqqında arayış;

Yuxarıda qeyd olunan sənədlərdən biri uyğun gəlmədikdə namizəd müsabiqəyə buraxılmayacaq.

Müsabiqədə yalnız www.socar.az internet səhifəsinin Karyera bölməsinin Təlim mərkəzlərinə sənəd qəbulu alt bölməsində elektron müraciət formasını doldurmaqla iştirak edə bilərsiniz. Müraciət qaydaları və qəbul haqqında ətraflı məlumatı da internet səhifəmizin qeyd olunan alt bölməsindən əldə edə bilərsiniz.

Digər məsələlərlə əlaqədar hər hansı bir sualınız olduğu təqdirdə tis@socar.az elektron poçt ünvanına müraciət ünvanlaya bilərsiniz. Müsahibə və test imtahanında müvəffəqiyyət qazanan namizədlər Qobustan Regional Təlim Mərkəzinə qəbul olunacaqlar. Müsabiqəyə son müraciət fevralın 4-ə qədərdir.

Qeyd edək ki, BP və SOCAR-ın QRTM-ni bitirən şagirdlərin işlə təminatları ilə bağlı sosial öhdəçiliyi yoxdur.