İş axtaranların nəzərinə - Yeni LAYİHƏ BAŞLAYIR | Təhsil Elanları
İş axtaranların nəzərinə - Yeni LAYİHƏ BAŞLAYIR
Bölmə:İş Elanları 4506 dəfə oxunub
23.01.2016

“Atəşgah” sığorta şirkəti vətəndaşların məşğulluq imkanlarının artırılması məqsədi ilə “Karyeram 2016” layihəsinə başlayıb. Şirkətdən tehsil.im-ə verilən məlumata görə, yaşından, təhsilindən və iş təcrübəsindən asılı olmayaraq, özünə və bacarığına güvənən hər bir kəs layihəyə qatılaraq, yeni peşəyə sahib ola bilərlər. Belə ki, layihə çərçivəsində hər bir şəxs sığorta məhsullarının satışı üzrə mütəxəssis kimi işləmək imkanı əldə edəcək.

Layihədə iştirak etmək istəyənlər öz CV - lərini fevral ayının 1-nə kimi cv@ateshgah.com ünvanına göndərə bilərlər. Layihə 3 mərhələdən ibarətdir. Birinci mərhələdə iştirakçılarla sığorta haqqında geniş məlumat verilir. Sığorta sahəsində işmək istəyən, bu sahədə fəaliyyətinin uğurlu alınacağına inan iştirakçılar 2-ci mərhələyə qatılırlar. Bu zaman sığorta satış, satış üsulları namizədlərə öyrədilir.

Daha sonra həmin iştirakçılar “Atəşgah” sığorta şirkətinin filiallarına göndərilir və orada satış mütəxəssisləri kimi fəaliyyətə başlayırlar. Daha sonra onların fəaliyyəti ilə bağlı attestasiya aparılır. Satış sahəsində yüksək nəticə göstərən işçilər sığorta şirkətində daha yüksək vəzifələrə təyin edilirlər.

Şirkətdən verilən məlumata görə, bu layihə 2011-ci ildən başlayaraq hər il keçirilir. Bu müddətdə “Karyeram” layihəsinin iştirakçılarından “Atəşgah ” sığorta şirkəti ilə yanaşı, digər şirkətlərdə çalışan sığorta mütəxəssisləri yetişib.