“Caspian Development Bank” işçi axtarır - VAKANSİYA | Təhsil Elanları
“Caspian Development Bank” işçi axtarır - VAKANSİYA
Bölmə:İş Elanları 1710 dəfə oxunub
23.01.2016

“Caspian Development Bank” kreditlərə nəzarət və təhlili üzrə analitik vəzifəsinə işçi qəbulu elan edib. Bankdan fins.az-a verilən məlumata görə, maliyyə və iqtisadi sahədə ali təhsilli, kredit portfelinin monitorinqi və ya nəzarəti  və ya auditi sahəsində iş təcrübəsi olan namizədlər  vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi fevral ayının 12-dir

Namizədə dair tələblər :

• İqtisadiyyat, və ya maliyyə-kredit sahəsində ali  təhsil;
• Kredit portfelinin monitorinqi /nəzarəti  və ya auditi sahəsində iş təcrübəsi;
• Ünsiyyət qurma bacarığı, komandada işləmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
• Kompüterdə (Outlook, MS Word) sərbəst işləmək, Excel proqramında işləmək bacarığı;
• İngilis və rus dilindən müəyyən səviyyədə biliklərə malik olmaq.

Vəzifə öhdəlikləri:

• Kredit mütəxəssisləri tərəfindən kredit portfelinin monitorinq/nəzarət prosesini təşkil edilməsi və onun keyfiyyətli icrasına nəzarət edilməsi;
• Borcluları ziyarət edərək maliyyə və biznes məlumatının toplanması və təhlili ilə kredit portfelinin monitoringinin keçirilməsi;
• Verilmiş kreditlərin məqsədli istifadəsinə nəzarət;
• Kredit dosyelərinin/fayllarının tələb olunan sənədlərin toplanmasinda və verilmiş kreditlərin rəsmiləşdirilməsində çatışmazlıqları müəyyən etmək məqsədi ilə yoxılanılması;
• Problemli kreditlərin ödənilməsi ilə bağlı tədbirlərdə iştirak etmək;
• Daxili elektron informasiya sistemlərində kredit portfelinin keyfiyyəti ilə bağlı məlumatın tamlığı və həqiqiliyini təmin etmək;
• Kredit portfelinin cari keyfiyyətini və baş vermiş dəyişikləri əks etdirən, dövr ərzində görülmüş işlər və onların nəticələri barədə hesabatların hazırlanması.

CV-lərinizi müraciət etdiyiniz vakansiyanın adı göstərilmə şərti ilə bankın cv@cdbbank.az ünvanına göndərə bilərsiniz.

Caspian Development Bank

Bakı şəh, Azadlıq pr. 124