“KredAqro” işçi axtarır- VAKANSİYA | Təhsil Elanları
“KredAqro” işçi axtarır- VAKANSİYA
Bölmə:İş Elanları 1937 dəfə oxunub
23.01.2016

“Kred Aqro” regional hüquq məsləhətçisi (Lənkəran-Masallı regionu üzrə) vəzifəsinə işçi qəbulu elan edib. Kredit təşkilatından verilən məlumata görə, ali hüquq təhsilli, bank sektorunda hüquqi işin, o cümlədən,  məhkəmə işlərinin aparılması  təcrübəsinə malik olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər.

Əsas vəzifə öhdəlikləri

- Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Təşkilatı təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi;
- Təşkilat tərəfindən verilən iddia və digər ərizələrin hazırlanması, Təşkilata qarşı verilən iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin hazırlanması; 
- Təşkilat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələrin hazırlanması
- Təşkilatın rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara müvafiq olaraq təşkilatdaxili normativ sənədlərin hazırlanması, sənədlərə dair hüquqi rəylərin verilməsi;
- İcra işləri üzrə İcra məmurları ilə işləmək;
Rəsmi yazışmaları təmin etmək;
 
Namizədə dair tələblər

Hüquq sahəsində ali  təhsilinin olması;
- Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, inzibati hüququnun, vergi hüququnun əsaslarının bilməsi;
- Mülki-hüquqi əqdlərin tərtib edilməsi sahəsində təcrübəsinin olması, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilməsi;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək;
Yüksək qavrama və öyrənmə qabiliyyəti;
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Kompyuter bilikləri;
-  Bank sektorunda hüquqi işin, o cümlədən,  məhkəmə işlərinin aparılması  təcrübəsinə malik olan, Lənkəran və Masallı şəhərində yaşayan şəxslərə üstünlük verilir.
 
CV-lərin mövzu hissəsində müraciət etdiyiniz vəzifə göstərilməklə (Regional Hüquq məsləhətçisi, Lənkəran-Masallı)  recruitment@kredaqro.com elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Ünvan: Bakı şəhəri, Nizami küç. 1/3 Sapphire Plaza, AZ1001

Telefon: (+994 12) 441-21-34