Həftənin vakansiyaları | Təhsil Elanları
Həftənin vakansiyaları
Bölmə:İş Elanları 2384 dəfə oxunub
18.01.2016

1. AGA Group of Companies -da “Resepşn” vakansiyası!

Əmək haqqı: 300 AZN

Vəzifələr:

  • İş mərkəzində icarədə yerləşən şirkətlərə gələn ziyarətçilərin qeydiyyatdan keçirilməsi;
  • İş qrafiki: I-V günlər - 08:30-18:30, VI gün - 08:30-15:00.

 

Tələblər:

  • Cinsi: xanım;
  • Ali təhsil;
  • Kompyuter bilikləri;
  • Ünsiyyət bacarığı;
  • Xoş görkəmli, intizamlı və dəqiq.

 

Maraqlanan şəxslər CV-lərini kadr@agagroup.com ünvanına mövzu bölməsində “resepşn” yazaraq göndərə bilərlər. 

2. Barattson School of Business and Finance-da “Resepşn” vakansiyası!

Əmək haqqı: 200 AZN

Vəzifələr:

  • Daxil olan zənglərə cavab vermək;
  • Gələn müştərilərə Təhsil haqqında məlumat vermək və qeydiyyata almaq;
  • Müdiriyyətin verdiyi tapşırıqları yerinə yetirmək;
  • İş saati:10:00 dan 19:00 dək və 09:00 dan 18:00 dək;
  • İş günü: 6 iş günü, bazar günü istirahət;
  • Gündəlik əməli işlərin tamamlanmasını təmin etmək;
  • Standart əməli prosedurların komanda tərəfindən riayət olunmasına nail olmaq;
  • Lazımi qeydiyyat işlərinin aparılması;
  • İşgüzar yazışmaların, sənədlər bazasının, sənəd arxivinin aparılması;
  • Sənədlərin icra olunmasına nəzarət;
  • Daxil olan və xaric olan korrespondensiyanın qeydiyyata alınması;
  • Sənədlərin növlərə ayrılması, işlərin formalaşdırılması;
  • Sənədlər kartotekasının aparılması, orqtexnika ilə iş.

 

Tələblər:

  • İngilis dilini və Rus dilini sərbəst bilməli;
  • Microsft Office programlarını və internet ilə sərbəst işləməli;
  • Könüllülər 1 ay müddəti ərzində ödənişsiz təcrübə keçəcəklər.

 

Maraqlanan şəxslər CV-lərini samira.muradova@barattson.com ünvanına mövzu bölməsində “resepşn” yazaraq göndərə bilərlər. 

3. "MilliKart" MMC-də “Mühafizəçi” vakansiyası!

Əmək haqqı: 400-600 AZN

Vəzifələr:

  • Video müşahidə sisteminin idarə olunması;
  • Buraxılış sisteminin təmin edilməsi;
  • Yanğınsöndürmə sisteminə nəzarət;
  • Mərkəzdə fiziki təhlükəsizliyin təmin edilməsi;
  • İş qrafiki: qrafik üzrə (sutkalıq).

 

Tələblər:

  • Azərbaycan və Rus dillərini mükəmməl bilməli;
  • Ofis proqramlarını bilməli;
  • Hərbi mükəlləfiyyəti vacibdir;
  • Kişi namizədlərə üstünlük verilir;
  • Məsuliyyətli.

 

Maraqlanan şəxslər CV-lərini `hr@millikart.az` ünvanına mövzu bölməsində “mühafizəçi” yazaraq göndərə bilərlər. 

4. Caspian Telecom MMC-də “Satış üzrə mütəxəssis” vakansiyası!

Əmək haqqı: 200-300 AZN

Vəzifələr:

  • Şirkətin xidmətlərinin satışını təşkil etmək (Kabel TV, İnternet və ya IP TV);
  • Xidmətlər haqqında potensial müştəriləri məlumatlandırmaq;
  • Potensial müştərilərlə ünsiyyət zamanı mədəni davranış normalarına riayət etmək;
  • Sərbəst iş qrafiki.

 

Tələblər:

  • Fikirini aydın izah etmə və aktiv satış bacarığı;
  • Səliqəli zahiri görünüş;
  • Ünsiyyətcil və yüksək mədəni keyfiyyətlərə sahib olmaq;
  • Rus və Azərbaycan dillərini səlis bilməli;
  • Yaş: 18-35;
  • Cinsi: Kişi.

 

Maraqlanan şəxslər CV-lərini `info@castel.az` ünvanına mövzu bölməsində “satışmütəxəssisi” yazaraq göndərə bilərlər. 

5. IN TRAVEL-də “Turizm üzrə menecer” vakansiyası!

Əmək haqqı: 300-500 AZN

Vəzifələr:

  • Turların təşkili;
  • Müştərilərlə yüksək səviyyəli münasibətlərin qurulması;
  • Şirkətin məhsullarının maksimal şəkildə satışını həyata keçirmək;
  • Fərdi və qrup turlarının hazırlanması;
  • Otellərin bronlaşdırılması;
  • Sığortaların yazılması;
  • Aviabiletlərin bronlaşdırılması və satışı;
  • Müştərilərin sorğularını vaxtında və işgüzar formada cavablandırmaq;
  • Mövsimə uyğun turların axtarılması və reklam bölməsinə ötürülməsi;
  • İş saatları: 10:00–19:00; şənbə günü 10:00-17:00;
  • İstirahət günü bazar günü.

 

Tələblər:

  • Coğrafi biliklərə malik olmaq;
  • Müstəqil olaraq turlar təşkil etmək bacarığı;
  • Nizam-intizamlı;
  • Yüksək ünsiyyət qurma bacarığına malik olmaq;
  • Səlis və işgüzar danışıq bacarığına malik olmaq;
  • Azərbaycan dilini yüksək səviyyədə bilmək (rus və ingilis dillərini bilənlərə üstünlük verilir);
  • Ali təhsil;
  • Ofis proqramlarını bilmək;
  • Bronlaşdırma sistemlərini bilmək;
  • Turizm sahəsində ən azı 1-3 il təcrübəsi olan şəxslər və yaxud Turizm üzrə təhsili olan namizədlər.

 

Xahiş olunur yalnız Turizm sahəsində təhsil almış və bu sahədə təcrübəsi olanlar müraciət etsin.

Şəkilli CV formalarınızı hr@intravel.az e-mail ünvanına göndərə bilərsiniz. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

6. Real Əmlakda “Satış agenti” vakansiyası!

Əmək haqqı: 300-400 AZN

Vəzifələr:

  • Potensial müştərilərin tapılması;
  • Şirkətin məhsullarının təqdimatı;
  • Potensial müştərilərin müəyyənləşdirilməsi və onlarla əlaqələrin yaradılması;
  • Yeni müştərilərin axtarışını həyata keçirmək və potensial müştərilərə mənzillərə ziyarəti təşkil etmək;
  • Sifariş formasının tam doldurulması;
  • Gündəlik hesabatların verilməsi;
  • Məhsulun satışının təşkil edilməsi;
  • Mənzillərin online və offline reklamlarını həyata keçirmək;
  • Əmək haqqı satışın həcmindən asıllıdır.

 

Tələblər:

  • Xoş görkəmli;
  • Danışıq qabiliyyəti olan;
  • Satış qabiliyyəti olan;
  • Dəqiq və punktual;
  • Müştərini inandırmaq bacarığı olan;
  • Karyerasını satış sahəsində qurmaq istəyi;
  • Komandada işləmək və idarəetmə bacarığı.

 

Maraqlanan şəxslər CV-lərini `info@realemlak.az` ünvanına mövzu bölməsində “satışagenti” yazaraq göndərə bilərlər. 

7. ALZA -da “Satış təmsilçisi” vakansiyası!

Dostlar biz satış təmsilçisi axtarışındayıq! Azərbaycan və rus dilində səlis danışa bilən və bu sahə üzrə təcrübəsi olan namizdlərin müraciəti arzu olunandır. Maraqlananlar zəhmət olmasa bu formanı doldursunlar https://goo.gl/bZwXCJ .