Neft Şirkətində işə qəbul prosesi | Təhsil Elanları
Neft Şirkətində işə qəbul prosesi
Bölmə:İş Elanları 1702 dəfə oxunub
16.07.2014

ARDNŞ-ə Daxili Təqaüdçülərin müsabiqədənkənar işə qəbul prosesi:


Bakı Ali Neft Məktəbi istisna olmaqla, Azərbaycan Respublikası ali təhsil müəssisələrini (bakalavriat və ya magistratura pilləsi üzrə) son 2 (iki) tədris ilində ARDNŞ Təqaüdçüsü statusu ilə bitirmiş və ARDNŞ-nin həyata keçirdiyi "Ödənişli Yay Təcrübəsi" Proqramında ən azı bir dəfə iştirak etmiş və təcrübə yerindən müsbət rəy almış məzunlar, müvafiq vakansiya olduğu təqdirdə, ARDNŞ-də müsabiqədənkənar işlə təmin olunan gənclər Daxili Təqaüd Proqramı çərçivəsində müsabiqədən kənar işlə təmin olunurlar.


Əgər işə qəbul olunmaq üçün bütün şərtlərə cavab verirsinizsə, Siz işə qəbul edilmək üçün gözləmə siyahısına daxil edilirsiniz. Gözləmə siyahısının qüvvədə olma müddəti (təhsilini bitirdiyi ilin sentyabr ayından başlayaraq) aşağıdakı kimidir:


qadın məzunlar üçün – 1 il;
kişi məzunlar üçün:
hərbi xidmətlə olarsa – 2 il;
hərbi xidmətlə olmazsa – 1 il.


Yuxarıda göstərilən müddət ərzində işə qəbul olunmaq üçün rəsmi şəkildə işə qəbul olunma istəyinizlə bağlı ARDNŞ-nin Təlim və İnkişaf şöbəsinə tis@socar.az e-maili vasitəsilə müraciət etməlisiniz.