Qeydiyyat başladı! | Təhsil Elanları
Qeydiyyat başladı!
Bölmə:Tələbə qəbulu 786 dəfə oxunub
14.07.2014

Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başlayıb.

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər iyulun 14-dən 24-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. 

Abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan sənədlərin siyahısını daxil olduqları orta ixtisas təhsili müəssisələrindən öyrənə bilərlər. 

Göstərilən müddətdə abituriyentin qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və qəbul olanlar siyahısından xaric ediləcəkdir.