Azərbaycanda dövlət universitetlərində ödənişli təhsil ləğv olunur | Təhsil Elanları
Azərbaycanda dövlət universitetlərində ödənişli təhsil ləğv olunur
Bölmə:Təhsil Nazirliyi 2690 dəfə oxunub
02.01.2016

2016-2017-ci tədris ilində dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla qəbul ləğv olunacaq. Təhsil yalnız ödənişsiz əsaslarla həyata keçiriləcək. Nəzərnizə çatdıraq ki, 2015-2016-cı tədris ili də daxil olmaqla indiyədək bütün dövlət ali məktəblərində təhsil, dövlət sifarişi və ödənişli əsaslarla formalaşırdı. Abuturiyentlər topladığı baldan asılı olaraq öz istəyilə ödənişli ixtisaslara yiyələnirdi.

Təhsil Nazirliyindəki mənbədən Modern.az saytına daxil olan məlumata əsasən 2016-2017-ci tədris ilində dövlət ali məktəblərində ödənişli yerlər ləğv olunacaq.

Məlumatda bildirilib ki, bu mexanizm elə ilk mərhələdə bütün respublika üzrə tətbiq ediləcək və ölkədəki bütün ali məktəblərdəki ödənişli plan yerlərinə şamil olunacaq.

Qeyd edək ki, dövlət ali məktəblərində ödənişli əsaslarla təhsilin ləğvi həmin ixtisas üçün ayrılan yerin azaldılması anlamına gəlmir.

Belə ki, hər hansı ixtisas üzrə ayrılan məsələn, 30 yerdən 10-u ödənişsiz, 20-si ödənişli əsaslarla idisə, artıq ödənişli yerlər də ödənişsiz olacaq. Bu isə avtomatik olaraq  az ballı abuturiyentlərin universitetlərə axınını yaradacaq. Beləcə həmin balla özəl universitetlərə üz tutan abuturiyentlər dövlət ali məktəblərinə yönələcək. Bu isə özlüyündə bir çox özəl ali məktəblərin ləğvinə gətirib çıxaracaq.