Manatın məzənnəsi ilə bağlı yeni AÇIQLAMA | Təhsil Elanları
Manatın məzənnəsi ilə bağlı yeni AÇIQLAMA
Bölmə:Xəbərlər 844 dəfə oxunub
27.12.2015

Bəzi işbazlar tərəfindən Azərbaycan manatının məzənnəsinin kəskin dəyişəcəyinə dair əsassız və doğru olmayan şayiələr yayılıb. Tehsil.im Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyasının İcraçı direktorluğu bankların kifayət qədər xarici valyuta likvidliyinin olduğunu və müştərilərin xarici valyutaya olan tələblərinin tam yerinə yetirməsinə imkan verildiyini bildirir.

Belə şayiələrin əsassız olduğunu və müəyyən işbazların maraqlarına xidmət etdiyini, Azərbaycan manatının məzənnəsinin kəskin dəyişəcəyinin gözlənilmədiyini nəzərə çatdırır və əhaliyə bu şayiələrə inanmamağı tövsiyə edir.