Masallı və Cəlilabad müəllimlərinin diaqnostik qiymətləndirilməsi davam edir | Təhsil Elanları
Masallı və Cəlilabad müəllimlərinin diaqnostik qiymətləndirilməsi davam edir
Bölmə:Təhsil Nazirliyi 555 dəfə oxunub
06.12.2015

Masallı və Cəlilabad rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi davam edir. Masallı Olimpiya İdman Kompleksində keçirilən imtahanlarda 4000-ə qədər müəllim istirak edib.

Diaqnostik qiymətləndirmə proqram təminatı əsasında kompüterlər vasitəsilə həyata keçirilir. İmtahan zalında və zaldan kənarda prosesə nəzarət etmək üçün kameralar qurasdırılaraq mütəmadi müşahidələr aparılır. 40 ixtisas, 20 metodika və təlim strategiyalarına dair suallardan ibarət olan qiymətləndirmədə müəllimlərə 90 dəqiqə vaxt verilir.

Qeyd edək ki, imtahanlara hazırlıq islərinə bir neçə ay bundan əvvəl baslanılıb. İKT bilikləri zəif olan müəllimlər üçün xüsusi İKT Təlim Mərkəzləri yaradılaraq onların bu sahədə biliklərinin təkmilləşdirilməsi ilə bağlı bir sıra addımlar atılıb. Bundan əlavə, 500 nəfərlik imtahan zalında 30-dan çox nəzarətçi İKT biliyi zəif olan müəllimlər müraciət etdikləri təqdirdə onlara köməklik göstərir.

Masallı və Cəlilabad rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi dekabrın 6-da da davam edəcək.