Satış Mütəxəsisi | Təhsil Elanları
Satış Mütəxəsisi
Bölmə:İş Elanları 728 dəfə oxunub
28.11.2015

Tələblər :
İşində məsuliyyətli olmalıdır.
Müştəri qarşısında məsuliyyətli olmalıdır.
İş yoldaşlarına hörmət etməli, əsəblərinə hakim olmalı və stres altında işləməyi bacarmalıdır.
İnandırma qabiliyyəti yüksək olmalıdır.
Yeniliklərə, təlimlərə açıq olmalıdır.
Verilən tapşırığı, göstərişi yerinə yetirməlidir.
Şəxsi problemlərini işə qatmamalıdır.

Vəzifələri :
Təsdiqlənmiş iş qrafiki əsasında vaxtında iş başında olmalıdır.
Mağazada olan mallara cavabdehlik daşımalı və məhsulun təhlükəsizliyini təmin etməlidir.
Vitrinlərdə olan təmizliyə nəzarət etməlidir.
Mağazanın vitrinindəki malları səliqə illə yerləşdirməli və vitrində boş yerin olmasına yol verməməlidir.
Mağazada mal azalan kimi bu barədə məsul şəxsə məlumat verməli və mağazaya lazım olan malların yazılı sifarişini təmin etməlidir.
Məhsulu qəbul etməli və yerləşdirməlidir.
Müştərilər mağazaya daxil olduqda müştəriləri gülər üzllülüklə qarşılamalı və məhsul seçimində müştərilərə yardım etməlidir.
Müştərilərlə mədəni rəftar etməli və məhsullar barəsində onlara dolğun məlumat verməlidir.
Səliqəli və nəzərdə tutulmuş geyim qaydasında fəaliyyət göstərməlidir.
Satışların artırılması və müştərilərə keyfiyyətli xidmətlərin göstərilməsi ilə bağlı təkliflər verməlidir.
İcazəsiz işdən qalmamalı, işə gecikməməli və iş yerini tərk etməməlidir.

İş barədə məlumat

• İş qrafiki: 6 günlük iş qrafiki
• Bonus və mükafatlar
• Maaş: razılaşma yolu ilə

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən CV-lərini mövzu yerində “ Satış Mütəxəsisi “ qeyd edərək info@dukandiyeti.az ünvanına göndərmələri xahiş olunur.

Yalnız qeyd olunan tələblərə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.