Pakistanda oxumaq istəyənlər üçün yeni proqram | Təhsil Elanları
Pakistanda oxumaq istəyənlər üçün yeni proqram
Bölmə:Magistratura Təqaüdlər 1391 dəfə oxunub
27.11.2015

Pakistanın COMSATS İnformasiya Texnologiyaları İnstitutu (Cİİ) İslam Əməkdaşlığı Təşkilatı (İƏT) üzvü ölkələrdən olan tələbələr üçün 2016-cı ildə magistratura səviyyəsinə qəbul üçün təhsil təqaüdləri təklif edir.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, təqaüdlər İslam Əməkdaşlığı Təşkilatı Təhsil Mübadiləsi Proqramı çərçivəsində élan edilir.

Proqramda iştirak üçün son müraciət tarixi 15 dekabrdır.

Qeyd edək ki, təqaüdlər barədə ətraflı məlumat http://ww3.comsats.edu.pk/internationalstudents/OIC.aspx linkində yerləşdirilib.