Müvəffəqiyyət qazanmaq istəyənlərə 5 tövsiyə | Təhsil Elanları
Müvəffəqiyyət qazanmaq istəyənlərə 5 tövsiyə
Bölmə:Xəbərlər 632 dəfə oxunub
22.11.2015

Bloomberg LP-nin Baş icraçı direktoru  Maykl Blumberq işdə yüksəlmək və müvəffəqiyyət qazanmaq istəyənlərə  öz həyatından nümunələrlə tövsiyələr verib. M.Blumberqin  həmin 5 tövsiyəsi:

Hadisələri tamamilə ələ alın

Maykl Blumberq: “Qətiyyən pis bir işdə çalışdığımı düşünmürəm. Həyatımda da sadəcə 2 pis günüm oldu: anamın öldüyü gün və atamın öldüyü gün. Bunlardan daha pis nə ola bilər ki?!  Əgər siz və ailəniz sağdırsa, gerisi mənasızdır”. 

Çox çalışın

Blumberq: “Əgər müvəffəqiyyətin bir açarı olsaydı, o da çox çalışmaq olardı. Salomon Vrothers-də çalışanda ofisə ilk gələn həmişə mən olardım. İkinci gələn isə Barney Salomon idi. Əgər o hansısa oyunun nəticələrini öyrənmək istədikdə, ya da alışqana ehtiyacı olanda, yanıma gəlib mənlə danışardı. Bu tamamilə iş idisə, tez gəlməyim sayəsində qazandığım bir fərqlilikdi. Ona görə növbəti səviyyəyə keçə bilmək üçün işə tez gedin, geç çıxın və rəqiblərinizi ötün”.

Həqiqi hədəflər müəyyənləşdirin

Blumberq: “Heç biriniz Mark Zuckerberq olmayacaksınız. Ona görə həqiqi xəyallar qurun”.   

İşinizi sevin

Blumberq: “Əgər hər səhər oyananda gördüyünüz işdən nifrət edirsinizsə, o işi atın və başqa bir şey edin. Nifrət etdiyiniz işi etməkdən daha pis heç nə olmaz və belə bir işdə daha yaxşı olmaq şansınız yoxdur”.

Çalışaraq, çətinlik çəkərək özünüzü inkişaf etdirin

Blumberq: “Əgər qarşıma “Keçən həftə xərçəngə çarə tapdım", "2 həftə öncə möhtəşəm bir amerika romanı yazdım" və "keçən ay Orta Şərqə sakitlik gətirdim” kimi xəbərlərlə gələn olsa gözlərim çaşar. Amma kimsə gəlib “Atam heç yanımda olmadı, anam xərçəngdir, mən də Mc Donald’sda 5 növbə işləyirəm” desə o insanı işə qəbul etməyi seçərəm. Çünki şəxsən, heç kəsdən dəstək almadan bu nöqtəyə gələn biri kimi, biz  Blumberqdə, çalışqan, əzmli və çətinliklərlə mübarizə aparmağı bacaran birinə akademik  müvəffəqiyyətləri olandan daha üstünlük veririk”.