Təhsil naziri tapşırıq verdi - Bütün şagirdlər imtahan ediləcək | Təhsil Elanları
Təhsil naziri tapşırıq verdi - Bütün şagirdlər imtahan ediləcək
Bölmə:Təhsil Nazirliyi 637 dəfə oxunub
21.11.2015

Təhsil naziri Mikayıl Cabbarov yeni təhsil ili üçün üsusi tapşırıq verib.

Tapşırığın mahiyyəti bundan ibarətdir ki, şagirdlərin biliyi artıq yalnız 9-cu sinifdə yox, daha aşağı siniflərdən test ediləcək. Təhsil naziri bununla bağlı müvafiq şöbələrə tapşırıqlar verib.

ATV.az bildirir ki, Təhsil naziri M. Cabbarov bunu, Bakı şəhər təhsil işçilərinin sentyabr konfransındakı çıxışı zamanı deyib.

O öz çıxışında bildirib ki, hazırda ölkə şagirdlərinin biliyinin qiymətləndirilməsi yalnız icbari təhsil müddəti başa çatdıqdan sonra həyata keçirilir. Bunun üçün 9-cu sinif məzunları buraxılış imtahanı verirlər: "Lakin təhsil işçiləri razılaşa bilərlər ki, eyni bilgi 6-cı sinfi, yaxud ibtidai sinfi bitirən şagirdlər üçün olsaydı, bu, bizə daha çox imkan verərdi ki, təhsil prosesində, metodikasında müşahidə etdiyimiz boşluqları özümüz üçün daha tez müəyyənləşdirək və lazım olan müdaxilələri məhz onların təhsil müddətində edək. Hesab edirəm ki, Təhsil Nazirliyinin müvafiq şöbələri bununla bağlı layihə hazırlayıb, təqdim etməlidirlər".