İELTS-ə necə hazırlaşmalı | Təhsil Elanları
İELTS-ə necə hazırlaşmalı
Bölmə:Xəbərlər 856 dəfə oxunub
20.11.2015

IELTSə hazırlaşmağa başlamadan öncə etməli olduğunuz ilk iş dərs oxumağı adət halına gətirməyinizdir, unutmayın İELTS tam anlamı ilə dil səviyyənizi ölçməkdən çox imtahanın incəliklərinə nə qədər focus ola bildiyinizlə maraqlanır, bu səbəbdən ilk olaraq dərs oxyumağın incəliklərinə keçid alaq.

  • Hədəf qoyun
  • Əzmli olun
  • Hədəfə çatın
  • Özünüzü qiymətləndirin

Dərs oxumağın yeganə qanunu hədəf qoymaqdır, nümunə olaraq bir günlük plan.

  1. 10 söz öyrənin
  2. Bu 10 sözlə cümlə qurun
  3. 30 dəqiqəlik dinləmə tapşırığı edin
  4. Reading üçün 2 mətn
  5. Sizə faydalıolacaq bir saytdan lazım olan yenilikləri öyrənin və tətbiq edin.

Bunu etsəniz motivasiyanız və inancınız yerinə gəlməyə başlayacaq.Bəli indi isə “İELTS I necə keçmək olar” sualına keçid alaq.İELST 4 hissədən ibarət bir imtahandır, oxuma (reading) , dinləmə (listening), yazma (whriting), və danışma (speaking). Bunların hamısı bir birləri ilə əlaqəli və heç bir əksiklik buraxmadan imtahana qədər hazırlaşmalı olduğunuz hissələrdi.

  • Söz hərşeydi. Söz öyrənin.
  • Sizə faydalı saytı tapdıqda onu hər gün araşdırın və oxuyun.
  • İmtahanı tanıya biləcəyiniz bir kitab alın (focus on İELTS və bu kimi kitablar)
  • Cambridge sinağlarını imtahana son iki həftə qalmış həll edin və özünüzü sınayın, bilmədiyiniz hissələrin üstündə işləyin.

İndi isə İELTS hissəsinə keçid alaq.Dinləmə “LİSTENİNG”Burda40 sual var və ilk 20 sual rahatlıqla həll edə biləcəyiniz suallardır.Nümunə olaraq:1.Telefon nömrələri, hərflərin tələffüzü, adreslər, bunların hamısını çox yaxşı mənimsəməlisiniz çünki sizə ən çox bal verən suallardı.

  1. Bol bol dinləyin, qulağınız adət etsin, mümkünsə british dinləyin və ingilis dilli kanallar da sizə kömək edə bilər.
  2. Sözlərin yazılışlarına diqqət edin boş yerə səf anlamayın.
  3. İELTS lə bağlı listening videolarini izləyin.

Oxuma “READİNG”Keçək oxuma (reading) hissəsinə

  • Səviyyənizə görə hekayə kitabları oxuyun
  • İngiliscə öyrənmək üçün BBC ni izləmək sizə çox kömək edəcək.
  • İnternetdə araşdırmalarınızı ingiliscə edin, ingiliscə oxumağa çalışın
  • Bundan sonar da imtahan vaxtı üçün, mətnlərin biraz uzun olması sizi heç cür qorxutmasın unutmayın uzun olan hər şey təhlükəli deyildir, cixiş yolu bilsəniz rahatlıqla həll edə bilərsinizş
  • Edilən ən böyük səhv mətnin hamısını oxumaq olar .
  • Ancaq mənim sizə kiçik bir tövsiyyəm var, ilk hissəni oxuyun
  • Sözləri aydın olaraq yazın.
  • Ən vacibini ən sona saxlayıram: bəzi dostlar sualda yazılan sözü mətndə tapa bilmədim deyib şikayətlənirlər. Dostlar ümumilikdə sizə sualda və məthndə verilən sözlərin anlamıdır. (Oley.az)