İnsan resursları üzrə baş mütəxəssis | Təhsil Elanları
İnsan resursları üzrə baş mütəxəssis
Bölmə:İş Elanları 920 dəfə oxunub
18.11.2015

PASHA Holding Qrup IR daxilində İR üzrə baş mütəxəssis vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.

İR üzrə baş mütəxəssis vəzifəsinə tələblər:

İR üzrə baş mütəxəssis əsasən kompensasiya və müavinətlər, eyni zamanda İR sahəsində əməliyyatlar məsələləri ilə məşğul olacaq.

* Şirkətin kompensasiya və müavinətlər siyayəsitinin tətbiq edilməsi;
* Statistik tədqiqatların aparılması və bazarın təhlil edilməsi;
* Bazara qarşı rəqabət qabiliyyətli təzminatların təmin edilməsi üçün vəzifələrin müqayisəli təhlil edilməsində yardım;
* Əməkdaşların təzminatlarına nəzarətin həyata keçirilməsi;
* Əmək resursları haqqında məlumatların təhlili;
* Strateji Aktivlərdə kənar auditlə bağlı işi təşkil etmək, ona nəzarət və fəaliyyətə dair hesabat vermək;
* Aylıq əmək haqqlarına nəzarət edilməsi;
* Hesabat üzrə icbari həyat sığortası şirkətləri ilə əməkdaşlıq, həmçinin cari və yeni əməkdaşlar haqqında məlumatların yenilənməsi və icbari həyat sığortası şirkətləri və digər müvafiq proqramlarının dayandırılması ilə bağlı iş;
* Kadr seçimini həyata keçirilməsi (vəzifə təlimatlarının hazirlanması, CV seçimi, müsahibələrin, imtahanların aparılması, məlumatların, strategiya və materialların idarə olunması);
* HR meneceri ilə birgə illik təlim-tədris prosesinin təhlil edilməsi (planlaşdırma, əlaqələndirmə və məlumat emali da daxil olmaqla), təhsil prosesinin ehtiyaclarının qarşılanması, treninqlərin planlaşdırılması və əlaqələndirilməsi;
* Bacarıqlı və istedadlı kadlrarın əldə edilməsi üçün daha geniş imkanlar yaradan siyasət, prosedurlar və/və ya proseslərin inkişaf etdirilməsi və həyata keçirilməsi istiqamətində HR komandası ilə birgə iş;
* Vəzifəsi daxilində HR ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmq;
* HR Qrupunun layihələrində iştirak etmək;

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

* HR sahəsində 5-7 il peşəkar təcrübə;
* Güclü təşkilati bacarıqlar;
* Detallara xüsusi diqqətlilik;
* Güclü analitik qabiliyyət;
* Yaxşı ünsiyyətqurma bacarığı;
* Azərbaycan, ingilis və rus dilləri üzrə yaxşı bilik;
* İdarəetmə qabiliyyətinə malik olmaq;
* Microsoft Office (Word, Excel və Power Point) proqramlarının yaxşı bilgisi;
* SAP bilgisi arzuolunandır;
Layihələrin idarəedilməsi sahəsində bacarıqlar üstünlükdür;

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

* CV recruitment@pasha-holding.az ünvanına göndərilməlidir;
* Mövzu sətrində "HR üzrə baş mütəxəssis" qeyd olunmalıdır.

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən geç müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.