Dia Biznes Klubu “İş Sizlik” layihəsini təqdim edir! | Təhsil Elanları
Dia Biznes Klubu “İş Sizlik” layihəsini təqdim edir!
Bölmə:Təlimlər / Trainings 1117 dəfə oxunub
16.11.2015

Hörmətli DİA tələbələri!

Dia Biznes Klubu “İş Sizlik” layihəsini təqdim edir!

• Hələ də CV-niz yoxdur?

• Müsahibə qorxulu yuxunuza çevrilib?

• Motivasiya məktubunuzu formalaşdıra bilmirsiniz?

• İşgüzar etiket qaydaları sizə yaddır?

Onda bu layihə lap yerinə düşüb!

Layihə çərçivəsində 3 mütəxəssis 5 mövzu ətrafında öz təcrübələrini sizinlə bölüşəcək və karyera həyatında üzləşə biləcəyiniz problemlərin aradan qaldırılmasında sizə dəstək olacaqlar.

Layihənin proqramı :

Leyla Surxayzadə – “CV=İŞ?” təlimi, 17.11.15; 11:00
Leyla Surxayzadə – “Bir məktubun hekayəsi” təlimi, 19.11.15; 11:00

Abid Səmədov- “Müsahibəyə necə hazırlaşmalıyıq?” təlimi, 21.11.15; 11:00

Esmira Niftili- “Biznes Etikası”təlimi, 26.11.15; 11:00

DİA Biznes Klub komandası- “İş Sizlik?!” praktiki məşqi, 28.11.15; 10:00

Layihə sizə nə vəd edir?

• SİZi fərqləndirəcək CV-yə sahib olacaqsınız!

• Müsahibəni idarə edən şəxs SİZ olacaqsınız!

• Bir motivasiya məktubu ilə SİZ seçilmişlərdən olacaqsınız!

• SİZ işgüzar davranışınızla professionallığınızı göstərəcəksiniz!

• Sonda tərəfimizdən təşkil olunmuş Workshop ilə əldə etdiyiniz bilgiləri praktiki olaraq göstərəcəksiniz!

• Layihənin 5 günündə də iştirak etmiş şəxslər SERTİFİKAT ilə, aktiv 5 tələbə isə Fərqləndirmə Sertifikatı ilə təltif olunacaq!

• Ən aktiv tələbəni sürpriz hədiyyə gözləyir!

Təlimçilərimizi daha yaxından tanıyaq:

Leyla Surxayzadə

3 ildən çox Karyera Məsləhəti, Təlim və Kouçinqdə təcrübəsi var. Eastern Mediterranean Universitetində Bloomberg BAT Səfiridir. İnsan Resurslarının İdarə olunması sahəsində bakalavr dərəcəsi var. Eastern Mediterranean University-nin Karyera Mərkəzində təlim və seminar tədbirlərin təşkili vəzifəsində çalışmış, məzun tələbələrə karyera qurulmasında yardım etmişdir. BMT-nin, Norveçin Xarici İşlər nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsində təlimçi və kouç kimi fəaliyyəti nəticəsində 60-dan çox insan iş tapmışdır.

• Abid Səmədov

Türkiyənin Mimar Sinan Universitetinin Şəhər və Bölgə Planlaşdırılması və Bakı Slavyan Universitetinin Beynəlxalq Münasibətlər Fakultəsində təhsil alıb. Təxminən dörd il müddətində Türkiyənin ən böyük universitetə hazırlıq kurslarının birində təhsil üzrə məsləhətçi kimi fəaliyyət göstərib. 2011-ci ilin avqust ayından etibarən Azinka İnsan Resursları və Karyera Mərkəzində əvvəlcə İşçi seçimi üzrə mütəxəssis, daha sonra isə Direktor müavini vəzifələrində çalışıb. Fəaliyyəti müddətində yüzlərlə insanın iştirak etdiyi və əsasən karyeranın planlaşdırılması ilə bağlı müxtəlif seminarların təşkilatçısı olub. Abid Səmədov hal-hazırda dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən LC Waikiki şirkətinin Azərbaycan ofisində İnsan Resursları mütəxəssisi vəzifəsində çalışır.

• Esmira Niftili

İş təcrübəsi: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi (2012-ci ildən) Təhsil Nazirliyi SABAH qruplarının müəllimi (2015-ci ildən) Dövlət qurumu, QHT və ali məktəblərdə təlimçilik fəaliyyəti (2013-cü ildən) Təhsili: Bakalavr: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Politologiya (2003-2007) 1. Magistratura: Türkiyə və Yaxın Şərq Dövlət İdarəçilik İnstitutu (TODAİE), İnzibati İdarəetmə (2007-2008) 2. Magistratura: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Dünya siyasi prosesləri və beynəlxalq əlaqələr nəzəriyyəsi (2008-2009) Doktorantura: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Siyasi nəzəriyyə (2011-2014).

Sertifikatları: Yetkin insanların təhsili üzrə İxtisas Proqramı, Professional Life İnstitute, ASAN Xidmət (21-25 iyul, 2014). İnnovativ tədris metdologiyası və tələbə yönümlü tədris proqramlarının hazırlanması təlimi, ADA Universiteti (17-18 yanvar, 2015). Ali məktəb müəllimləri üçün keçirilən Yay Akademiyası, ADA Universiteti (24-28 avqust, 2015).

Layihədə yalnız 30 tələbə iştirak edə bilər. Seçim onlayn müraciət əsasında aparılacaq. Seçilmiş tələbələrə 16 noyabr tarixinədək məlumat veriləcək. Təlimdə iştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir. İştirak etmək istəyən tələbələr aşağıdakı formu doldura bilərlər:

Qeydiyyat

Son qeydiyyat tarixi: 16.11.15; 12:00 (a.m)

Necə deyərlər, Layihə BİZlik, İş SİZlik!

Seminar yalnız DİA TƏLƏBƏLƏRİ üçün nəzərdə tutulmuşdur və TAMAMİLƏ ÖDƏNİŞSİZDİR.

DİA Biznes Klubu tələbələrin fərdi inkişafına dəstək olmaq, onları gələcək iş həyatlarına hazırlamaq məqsədilə 2012-ci ildə Dövlət İdarəçilik Akademiyası Tələbə Gənclər Təşkilatı nəzdində yaradılmışdır. Biznes, İqtisadiyyat, Menecment, Fərdi İnkişaf və Soft Skills profilləri üzrə tədbirlər həyata keçirən klubda aktiv iştirak etməklə gələcək karyera həyatınızda üstünlük əldə edə bilərsiniz. Klubla Facebook profili, TGT və eyni zamanda birbaşa idarə heyəti üzvləri vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Əlaqə Telefonu: 055 44 715 42 (Sədr müavini Elməddin Yusifli)

Biznes Klubla ÖYRƏN, ƏYLƏN, FƏRQLƏN!