HR MENECER | Təhsil Elanları
HR MENECER
Bölmə:İş Elanları 1361 dəfə oxunub
14.11.2015

- Vakansiya: İDARƏETMƏ SAHƏSİ
- Vəzifə: HR MENECER

ƏSAS VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

- HR strategiyası və büdcəsinin tərtib olunması, icrası və ona nəzarət;
- HR standartlarının tərtibi və ona nəzarət;
- İşçilərin əmək fəaliyyətinin qiymətləndirilməsinin təşkili və tətbiqinə nəzarət;
- Liseyin strategiyasının müəyyən olunması və həyata keçirilməsində iştirak;
- İnsan qaynaqlarının seçilməsi, yerləşdirilməsi üzrə işlərin təşkili; 
- Stabil kollektivin formalaşdırılmasında iştirak; 
- İnsan resursları axıcılığını analiz etmək;
- Kadr hesabatlarını tələb olunan səviyyədə hazırlamaq;
- Kadr axınının səbəblərini araşdırmaq, onun aradan qaldırılması üçün tədbirlər planını işləyib hazırlamaq və həyata keçirmək; 
- Əmək intizamına nəzarət etmək;
- İşçilər tərəfindən daxili nizam qaydalarına riayət olunmasına nəzarət etmək; 
- İllik tədris ehtiyaclarını müəyyən etmək;
- Təlimləri təşkil etmək və onları keçirmək; 
- İnsan resurslarının idarə edilməsi ilə bağlı olan qaydaları hazırlamaq;

MÜSABİQƏDƏ İŞTIRAK ÜÇÜN TƏLƏBLƏR:

- Təhsil: ali 
- Təcrübə: 3-5 (beş) il
- Xarici dil bilikləri: Azərbaycan və ingilis dili (rus dilini bilənlərə üstünlük verilir)
- Yaş: 28-40 yaş

NAMİZƏDLƏRDƏN GÖZLƏNİLƏN DİGƏR KEYFİYYƏTLƏR:

- Liderlik bacarığı
- Yüksək motivasiyalılıq
- Səmərəli qərar qəbul etmə bacarığı
- Nəticəyönümlülük
- İKT-dən istifadə bacarığı Kollektivlə sağlam münasibət qurmaq və işləmək bacarığı

ƏLAVƏ MƏLUMAT:

- Əmək haqqı namizədin bilik ,bacarığına uyğun dəyişir.
- İş qrafiki: I-VI günlər
- İş saatları: 09.00-18.00
- VI gün: 09.00 -13.00

Son müraciət tarixi: 20.11.15. Müraciətlər hr@istek.edu.az elektron ünvanına HR menecer başlığı ilə göndərilməlidir.

Məlumat üçün qeyd edək ki, "İstək" liseyi təhsil sahəsində fəaliyyət göstərən ümumtəhsil müəssisəsidir. “İstək” liseyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin 074503 №-li lisenziyası əsasında Bakı, Quba, Şirvan, Lənkəran, Ağdaş, Mingəçevir və Gəncə şəhərlərində fəaliyyət göstərir. “İstək” liseyi IB (International Baccalaureate/Beynəlxalq Bakalavriat) Diplom Proqramı (DP) üzrə namizəd məktəb, rəsmi olaraq nəticələri 175 ölkənin universitetlərində qəbul olunan SAT imtahanı mərkəzidir. 2015-ci ilin sentyabr ayından lisey “Cambridge English Language Authorised Centre” statusuna malikdir.