“Ziraat Bank Azərbaycan” işçi axtarır | Təhsil Elanları
“Ziraat Bank Azərbaycan” işçi axtarır
Bölmə:İş Elanları 2595 dəfə oxunub
12.11.2015

“Ziraat Bank Azərbaycan” müştəri təmsilçisi vəzifəsi üzrə vakansiya elan edib.

Namizədə dair  tələblər:

-Ali iqtisadi təhsil;

-Yaşı – 21-30 arası;

-Minimum 3 il kredit təşkilatında SME və ya korporativ kreditlərin təhlili və verilməsi sahəsində təcrübə;

-Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını oxuma, yazma və təhlil etmə bacarıqları;

-Müştərilərlə lazımi ünsiyyət qurma və tələb olunan məlumatları alma qabiliyyəti;

-Rus, Türk və İngilis dil bilikləri müsbət qarşılanır;Kompüter bilikləri (MS Office, Internet);

Əsas vəzifə öhdəlikləri:

-Bankın məhsulları haqqında müştərilərə məsləhət xidmətləri göstərmək;

-Müştərilər üçün kredit və kommersiya təkliflərini hazırlamaq;

-Müştəri haqqında məlumat toplamaq;

-Potensial müştərilərin cəlb olunması ilə bağlı araşdırmalar aparmaq;

-Müştərilərə bankın göstərdiyi başqa xidmətlər üzrə bankı təmsil etmək;

-Müştərilər üzrə geniş təhlil hesabatlarını (biznes fəaliyyətinin izahı, maliyyə hesabatları)  hazırlamaq;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarınıazerbaijan.cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Filiala Müştəri Təmsilçisi” qeyd etməyiniz vacibdir.

Elanın bitmə tarixi 5 Dekabr

Əlaqə tel: 505 56 16