Proqram Meneceri | Təhsil Elanları
Proqram Meneceri
Bölmə:İş Elanları 577 dəfə oxunub
09.11.2015

Vəzifə: Proqram Meneceri

Qısa məlumat: Elan çərçivəsində 2 vakansiya mövcuddur - “Ali Təhsil Müəssisələri üzrə Program Meneceri” və “Orta Ümumtəhsil Müəssisələri üzrə Program Meneceri”. Təklif olunan vakansiyalar innovativ təhsil layihələrinin idarə olunmasını və gənc, dinamik komandada işi nəzərdə tutur. Əmək haqqı razılaşma yolu ilə müəyyənləşir.

Vəzifələr:

- Proqramın icrasının planlaşdırılması (məqsəd və vəzifələr, mərhələ və tədbirlərin ardıcıllığı)

- Proqramın idarə edilməsi ilə bağlı zəruri proseduraların və proseslərin hazırlanması

- Proqramın həyata keçirilməsi üçün tələb olunan resursların, iş bölgüsünün və müddətlərin müəyyənləşdirilməsi

- Planlaşdırma məqsədi ilə əlaqələrin təhlili, birlik və komanda ruhunun yaradılması

- Proqramın işçi qrupu ilə digər tərəflər arasında əlaqələndirmə fəaliyyətin təmin edilməsi

- Proqramın uğurla həyata keçirilməsi məqsədilə səlahiyyətli şəxslərin məlumatlandırılması

- Proqramın vaxtında, ayrılmış büdcə çərçivəsində və müvəffəqiyyətlə həyata keçirilməsi

Namizədə tələblər:

- Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi

- 23-35 yaş arası, ali təhsilli

- Yüksək təşkilatçılıq bacarıqları olmalı və stressə davamlı olmalı

- Qətiyyətli, əzmli, məsuliyyətli və diqqətli olmalı

- Təhlil etmək və araşdırma aparmaq bacarığı olmalı

- Yaradıcı və yenilikçi olmalı

- İşgüzar etiket haqqında məlumatlı olmalı

- Microsoft Office paketi (xüsusən Excel, PowerPoint) ilə işləmək bacarığı

- Əla səviyyədə Azərbaycan, İngilis və Rus dillərini bilənlərə üstünlük verilir

- Qeyri-kommersiya layihələrində iş təcrübəsi olanlara üstünlük verilir

Maraqlanan şəxslər CV-ni 15 noyabr 2015-ci il tarixinə kimi tehsil.im başlığı ilə cv.programmanager@yahoo.com e-mail ünvanına göndərə bilər.