Valyutadəyişmə məntəqələrində canlanma - Dollar bahalaşır | Təhsil Elanları
Valyutadəyişmə məntəqələrində canlanma - Dollar bahalaşır
Bölmə:Xəbərlər 517 dəfə oxunub
07.11.2015

Son günlər dünya bazarlarında dolların sürətlə bahalaşması Azərbaycanda da narahatlığa səbəb olub. Məlumata görə, bu gün Bakı şəhərinin mərkəzi hissəsində yerləşən valyutadəyişmə məntəqələrində alqı-satqı əməliyyatlarının aparılması sahəsində nisbi canlanma yaranıbmış. 

Valyutadəyişmə məntəqələrində aparılan müşahidələr göstərib ki, müştərilər 5 min dollaradək məbləği asanlıqla dəyişirlər. "Exchange" əməkdaşları səhər saatlarından əməliyyatlarda nisbi canlanmanın yarandığını söyləsələr də, bazardakı ümumi vəziyyəti sabit kimi qiymətləndirirlər:

"Dollar və avronun alış-satışında sıxlıq və ya hər hansı məhdudiyyət yoxdur. Müştərilər daha çox dollar kütləsi alır və gələnlərin əksəriyyəti əsasən 2 min manatdan çox məbləğ dəyişənlərdir".

Həmçinin, bəzi məntəqələrdə dollar alışında qiymətlərdə dəyişiklik edildiyi müşahidə olunur. Məsələn, dolların alış məzənnəsi bəzi məntəqələrdə 1,0535 AZN/USD olsa da, bir müddət sonra artıq 1,0542 AZN/USD-yə dəyişdirilib. Satış qiymətində isə ciddi dəyişiklik olmayıb: "Bu, şənbə-bazar günlərinə xas bir dəyişiklikdir, bu cüzi artım adəti haldır. Çünki birinci gün də qeyri-iş günüdür.

Müşahidələrə əsasən, cüzi dəyişikliklə demək olar ki, bütün bankların məntəqələrində alış-satış qiymətləri eynidir. Dolların alışı 1,0535-1,0542 AZN/USD, satışı isə 1,0550-1,0560 AZN/USD intervalında aparılır. Avronun isə alış-satış məzənnəsi 1,1320-1,1470 AZN/EUR arasında dəyişir.

Xatırladaq ki, Mərkəzi Bankın ötən günə olan rəsmi məzənnəsi 1 dollar üçün 1,0498 manat, 1 avro üçün isə 1,1424 manat təşkil edib (bu məzənnə bu üç qeyri-iş günündə qüvvədə olacaq). Valyutadəyişmə əməliyyatları isə bu məzənnədən maksimum 2%-dək (marja) aşağı və yuxarı qiymətlə aparıla bilər. Yəni hazırda dollar üçün maksimal satış məzənnəsi 1,0708 AZN/USD, minimal alış qiyməti 1,0288 AZN/USD, avro üçün isə müvafiq olaraq 1,1653 və 1,1196 AZN/EUR ola bilər.

DOLLAR SÜRƏTLƏR BAHALAŞIR

Dollar, ABŞ-da məşğulluq məlumatının gözləniləndən çox güclü çıxmasının ardından sürətli yüksəlib.

Oktyabr ayı məşğulluq göstəricisi 271 000 ilə, 185 000-lik iqtisadçı proqnozlarının üzərində açıqlandı.

Dollar, güclü çıxan göstəriciyə müsbət reaksiya verdi.

Dünən dollar, avro qarşısında 1.6% gücləndi və avro qarşısında 1.0710 səviyyəsindən alıcı tapdı (Bu gün və sabah birjalar bağlıdır). Bloomberg Dollar Spot İndeksi 0.6 faiz yüksələrək 1,2266.87 bənd səviyyəsinə qalxıb. Göstərici bu il, Fed-in borc faizini artırmağa yaxınlaşdığı istiqamətindəki ehtimallar ilə 8 faiz artım göstərib.

Analitiklər Dekabrda ABŞ Mərkəzi Bankının borc faizini artıracağını gözləyir. Faizlərin artırılmasının dolları daha da gücləndirəcəyi gözlənilir.

AZƏRBAYCAN MANATINA DA TƏZYİQ EDİR

Dolların bütün dünyada bahalaşması inkişaf etməkdə olan ölkələrin pul vahidlərinə, o cümlədən Azərbaycan manatına da təzyiq edir. Bir sıra inkişaf etməkdə olan ölkələrin pulları dollar qarşısında dəyərdən düşür.

Qeyd edəki, Dolların bahalaşması ilə əlaqədar olaraq, Avro, Dollar qarşısında "ölməklə" bərabər, Azərbaycan manatı qarşısında da "ölür". Digər ölkələrin valyutaları (Rubl, Lirə və s.) da dollar qarşısında dəyərdən düşdüyündən, Manat qarşısında da aşağı düşürlər.

Noyabrın 6-sı səhəri Azərbaycan Mərkəzi Bankının açıqladığı rəsmi məzənnəsinə görə, 1 Avro 1.1424 manata bərabərdir. 21 Fevral 2015-ci il tarixindəki devalvasiya ilə 1 Avro 1.1950 manata bərabər edilmişdi. Həmin məzənnə ilə müqayisədə Avro manat qarşısında 4,4% ucuzlaşıb (Manat güclənib). Dolların Noyabrın 6-da Avro qarşısında 1,6%-lik ucuzlaşmasını nəzərə alsaq, gələn həftənin 2-ci günü Manatın Avro qarşısında bir az da güclənəcəyini gözləmək olar. Mərkəzi Bank manatın güclənməsini istəmir, çünki bu, Azərbaycanın ixracatçıları üçün sərfəli deyil. Elə 21 Fevralda devalvasiyaya gedilməsinin səbəblərindən biri Manatın həddindən artıq dəyər qazanması və ixracatda rəqabəti məhdudlaşdırması idi.

Bu il Avqustun 5-də 1 avro 1.2078 manata qədər yüksəlmişdi. Bu məzənnə ilə müqayisədə isə, son 3 ayda Manat Avro qarşısında 5,5 faiz bahalaşıb.

Azərbaycan Mərkəzi Bankı hələlik dollar/manat məzənnəsini 1.0498 səviyyəsi ətrafında saxlayır. Baxmayaraq ki, dollar digər valyutalar qarşısında kəskin bahalaşır.

Mənbə: Report. Marja