ANSdə işləmək imkanı! - Maaş 1200 AZN | Təhsil Elanları
ANSdə işləmək imkanı! - Maaş 1200 AZN
Bölmə:İş Elanları 4621 dəfə oxunub
06.11.2015

Şirkətin Adı: ANS Şirkətlər Qrupu

Vəzifəsi: Hüquqşünas

İş qrafiki: 6 günlük iş qrafiki

Xidmət haqqı: 900-1200 AZN

Namizədə dair tələblər:
Hüquq sahəsində ali təhsil;
3 il korporativ hüquqşunas kimi iş təcrübəsi;
Azərbaycan və Rus dillərini mükəmməl, İngilis dilini orta səviyyədə olmalıdır;
Kompyuter programlarında işləmə bacarığı;
Yaş həddi 25-35 ;
Mülki, əmək, inzibati, cinayət qanunvericiliyini bilməlidir;
Müqavilələrinin bağlanması və rəsmiləşdirilməsi qaydasını və s. bilməlidir.
Məsuliyyətlilik və iş prosesində dəqiqlik;
Komandada işləmə və ünsiyyət qurabilmə qabiliyyəti;
Hüquqi nitq və yazışma qabiliyyəti;
Yüksək qavrama və öyrənmə qabiliyyəti;

Vəzifə öhdəlikləri
1.Şirkətin bütün siyasət və prosedurların tələblərinin yerinə yetirilməsi və ona riayət etmək;
2. Şirkətin rəhbərliyinə imza üçün təqdim edilən əmr, təlimat, müddəa və hüquqi xarakterli digər sənədlərin qanunvericiliyə uyğunluğunu yoxlamaq; sənədlərin layihələrin uyğunlaşma mərhələsinə riayəti məsul işçilər ilə yoxlamaq;
3. Mülki müqavilələrin layihələrinin hazırlanması; Şirkətə kontragentlər tərəfindən təqdim olunan müqavilə layihələrin qanunvericiliyə uyğun olmasının yoxlanılması; Müqavilə layihələri üzrə ixtilafları həll etmək üçün tədbirlərin görülməsi; notariat təsdiqin və ya ayrı növ müqavilələrin dövlət qeydiyyatı ilə təmin edilməsi;
4. Şirkət işçiləri ilə müxtəlif hüquqi məsələlər üzrə yazılı və şifahi məsləhətləşmə, hüquqi sənədlərin tərtib edilməsində hüquqi köməyin göstərilməsi;
5. Məhkəmə mubahisələrinin hüquqi nöqteyi nəzərindən həll edilməsi üçün tədbirlər görmək (iddia ərizəsi, apellyasiya və kassasiya şikayəti hazırlamaq və s.)
6. Şirkətin fəaliyyətinin həyata keçirilməsi məqsədilə lisenziya, icazənin alınması üçün ərizə, tələbnamə və digər sənədlərin hazırlanması;
7. Hüquqi xarakterli daxili sənədlərin işlənib hazırlanması.

Müracət və seçim qaydaları:
Maraqlananlar müraciət formalarını CV (resume) elshan.velizade@ansgroup.wselvin.allahverdiyev@ansgroup.ws ünvanlarına göndərə bilərlər.

Email göndərərkən Mövzu (Hüquqşünas) qrafasında müraciət olunan vakansiyanı qeyd edən namizədlər nəzərə alınacaq.

Əks halda ərizəniz natamam kimi qimyətləndiriləcək və baxılmayacaq.