Bakıda məktəbli qız özünü öldürdü | Təhsil Elanları
Bakıda məktəbli qız özünü öldürdü
Bölmə:Xəbərlər 437 dəfə oxunub
06.11.2015

Faktla bağlı cinayət işi açılıb.

Bakıda dəhşətli intihar hadisəsi baş verib. 

Tehsil.im xəbər verir ki, Lent.az-ın məlumatına görə, Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən fərdi yaşayış evində 2000-ci il təvəllüdlü Hüseynova Səbinə Ərəstun qızı intihar edib.

15 yaşlı qız evin həyətindəki yağış borusundan özünü asıb.

İntihar edən qız orta məktəb şagirdi olub

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.