Təqaüd proqramları haqqında məlumat və onların tələbləri | Təhsil Elanları
Təqaüd proqramları haqqında məlumat və onların tələbləri
Bölmə:Təqaüdlər 2443 dəfə oxunub
05.11.2015

Oxucularımıza tələbələrin ən çox maraq göstərdiyi və daim araşdırmalar apardığı təqaüd proqramları, yəni xaricdə necə ödənişsiz təhsil almaq olar, qeydiyyatdan keçmək üçün linklər veriləcək ki, asan istifadə edə biləsiniz.

İndi isə başlayaq tək-tək təqaüdləri araşdırmağa. İlk növbədə Azərbaycan Respublikasının 2007-2015 xaricdə təhsil üzrə dövlət proqramından. Bu proqrama əsasən saytda(link) qeyd olunan universitet və prioritet ixtisas üzrə qəbul olmaq lazımdır. Həmin universitetlər isə (ielts,sat və digər beynəlxalq imtahan tələb edir). Əgər sizin bu kimi imtahan nəticəniz varsa və universitetdən qəbul sənədi almısınızsa asanlıqla prorama müraciət edə bilərsiniz. Sənədləşmə çox asandır. Daha sonra müsahibəyə dəvət olunacaqsınız və müsahibədən uğurla keçsəniz proqram sizin bütün xərclərinizi qarşılayır. Dəqiq sayını bilmirəm amma bu proqramla çox saylı tələbə xaricdə təhsil almışdır onlardan bir neçəsinin müsahibəsi saytımızda varnümunəyə(link) baxa bilərsiniz.

Digər bir təqaüd proqramı isə SOCAR təqaüdünü sizə misal çəkə bilərəm. Bu təqaüd proqramı 2016-2017 ci tədris illərini əhatə edir əsasən İELTS 6 tələb olunur və ixtisaslar isə neft-qaz, geologiya və s Təqaüdü qazanmış şəxsin bu sahə üzrə işlə təmin olunması mümkündür. Proqram haqqında məlumatı rəsmisaytından (link) baxa bilərsiniz.

Tükiyədə təqaüdlə təhsil almaq istəyənlər üçün isə bir neçə təqaüd proqramları mövcuddur. Bunlardan ən geniş yayılmışı Türkiye Burslarıdır burslar haqqında öncəki (link) məqaləmizdə yazdığım üçün onu sizə təkar qeyd etmirəm linkə girərək daxil ola bilərsiniz. Dahada ətraflı məlumat və qeydiyyat üçün isə proqramın rəsmi saytına(link) baxa bilərsiniz.  Türkiyədə digər təqaüd proqramı isə Coca-Cola və Sabancı Universitetinin bərabər hazlrladığı MBA təqaüd proqramıdırki (link) bu proqramı qazanan tələbənin bütün xərcləri qarşılanır və tətil müddətində Coca-Cola şirkətində 1 aylıq təcrübə keçə bilər. Proqramın tələbi isə yenə İELTS nəticəsidir. Digər bir təqaüd isə Türkiyənin Kadir Has Universitetinin Azərbaycanlı tələbələr üçün TQDK 650 balı keçdikdən sonra tam təqaüdlə oxumasıdır onun linki gələn il qeydiyyat zamanı açılacağı üçün verə bilmirəm. Və digəri Şimali Kiprdə olan Doğu Akdeniz Universitetinin TQDK 600+ və ya İELTS 7.5 nəticəsi ilə bakalavr üçün verdiyi tam təqaüddür bununda tələbənin sadəcə yol xərci qarşılanmır digər universitetin illik təhsil haqqından azad olunma, yataqxana, gündə 3 dəfə yemək və aylıq 200 dollar təqaüd bu magistratura üçündə keçərlidir sadəcə İELTS 7.5 nəticə olması kifayət edir.

Digər bir təqaüd proqramı isə İstanbul Şehir Universitetinin maddi cəhətdən imkanı az olan tələbələr üçün verdiyi Super burs proqramıdırki bununda bütün xərclərinizi qarşılayır hətta MAC book hədiyyə edir proqram üçün İELTS 6.5 tələb olunur amma seçilmə şansınız olmaya bilər çünki çox tələbə müraciət edir. Ətraflı məlumatı saytda (link) baxa bilərsiniz. Məlumatı sona qədər oxuyun çünki ilk başdan Türkiyə vətəndaşları üçün gələcək daha sonra xarici tələbələr üçün ilk başlığı oxuyub deməyinki bu türklər üçündür

İndi isə İngiltərədə təqaüdlü təhsil haqqında məlumat verim. Deməli İngiltərədə bakalavr təhsilini təqaüdlə oxumaq istəyirsinizsə bunun üçün şansınız azdır gərək göstəriciləriniz hədsiz yüksək olsunki sizin nəsə bir şansınız ola bunun üçün məsləhət biləcəyim bir proqramda yoxdur. Lakin magistartura üçün Chevening proqramı var bunun üçün sizin bakalavr qiymətləriniz yüksək olmalı, İELTS minimum 6.5 nəticə, 2 illik iş təcrübəsi və sosial aktivlik. Ətraflı məlumat üçün yenə proqramın saytına baxa bilərsiniz.

Almaniyada təqaüdlü təhsil üçün DAAD proqramı ilə müraciət edə bilərsiniz əgər dil biliyiniz almancadırsa daha çox şansınız var. Bu proqramla bağlı isə saytımızda DAAD proqramı ilə təhsil alan tələbəninmüsahibəsini (link) sizə təqdim edirəm. Müsahibənin sonunda proqramla bağlı lazımlı saytlar qeyd olunub onlarada nəzər sala bilərsiniz.

Azərbaycanlı tələbələr arasında ən çox xaricdə təhsil üçün seçilən ölkələrdən biridə Macarıstandır. Macarıstandada təqaüdlə təhsil almaq mümkündür bu haqda ətraflı məlumat üçün öncəki müsahibəmizdə (link) Macarıstanda təqaüdlə təhsil almaqda olan Humay xanım suallarıma detaylı cavab vermişdir. Proqramın şərtləri və qəbul prosesini tam aydın şəkildə bu müsahibəni oxumaqla öyrənəcəksiniz. Proqramın saytında (link) digər suallarınızada cavab tapa bilərsiniz.

Bu günlük məqaləmizin sonuna çatdıq əziz oxucular. Birşeyi nəzərinizdə saxlayınki heçbir beynəlxalq imtahan nəticəniz olmadan təqaüd proqramı axtarmanız mənasız olacaq çünki dünyada milyonlarla elə insan var və sizi digərlərindən üstün edən cəhətdə İELTS, SAT kimi beynəlxalq sertifikatına sahib olmanızdırki bununlada siz təqaüd qazana bilərsiniz. Daha sonrakı məqalələrdə sizlərə dahada faydalı olacaq məlumatları çatdırmağa çalışacam  Mənə hər-hansı bir sualı və ya istəyiniz  olarsa şəxsi facebook profilimdən (link) yaza bilər yada dostluq göndərə bilərsiniz şad olaram  Məqaləni sona qədər oxuduğunuz üçün təşəkkür edirəm.

Müəllif: Həsən Əliyev (Educational Consultant)