Mikayıl Cabbarov yürüş təşkil edir - Müəllimlər də iştirak edəcək | Təhsil Elanları
Mikayıl Cabbarov yürüş təşkil edir - Müəllimlər də iştirak edəcək
Bölmə:Təhsil Nazirliyi 474 dəfə oxunub
05.11.2015

Noyabrın 7-də saat 11:00-da Təhsil Nazirliyi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar “Bayraq yürüşü” keçirəcək.
 
Yürüşdə Təhsil Nazirliyinin əməkdaşları, universitet rektorları, millət vəkilləri, tanınmış ziyalılar, müəllimlər, KİV rəhbərləri, QHT nümayəndələri, ölkəmizin ümumi təhsil, məktəbdənkənar, ilk peşə, orta ixtisas və ali təhsil müəssisələrinin şagird və tələbələri iştirak edəcəklər.
 
Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği və iştirakçılara Dövlət Bayrağı Muzeyində tarixi Azərbaycan dövlətləri rəmzlərinin tanıdılmasından ibarətdir.
 
“Bayraq yürüşü”nün “Azneft” meydanından başlayaraq Dövlət Bayrağı Meydanınadək davam etdirilməsi nəzərdə tutulur.