İngilis dilini bilən dövlətlərin adları - Azərbaycan son sıralarda | Təhsil Elanları
İngilis dilini bilən dövlətlərin adları - Azərbaycan son sıralarda
Bölmə:Xəbərlər 332 dəfə oxunub
04.11.2015

Avropa ölkələri arasında əhalisi ingilis dilini bilən dövlətlərin adları açıqlanıb.

Tehsil.im-in anspress-ə istinadən məlumatına görə, Azərbaycan bu ölkələr sırasında son sıraları paylaşır.

Retinq cədvəli Avropada fəaliyyət göstərən ingilis dili mərkəzləri tərəfindən hazırlanıb. Araşdırma 70 ölkə arasında aparılıb. Türkiyə də Azərbaycanla eyni sıraları paylaşır.

Maraqlıdır ki, araşdırmalar nəticəsində Fransa və Rusiyada da ingilis dilini bilən əhalinin sayının o qədər də çox olmadığı ortaya çıxıb.

İspaniya və İtaliya Avropa retinqində orta sıralarda olsa da, cədvəldə ilk sıraları İsveç, Hollandiya , Danimarka, Hollanda, Norveç və Filandiya bölüşdürür.

Əhalisi ingilis dilində danışan dövlətlərin sıralamasında Azərbaycan 49-cu yerdədir.