150 vakant iş yeri var – ELAN | Təhsil Elanları
150 vakant iş yeri var – ELAN
Bölmə:İş Elanları 3465 dəfə oxunub
04.11.2015

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyanında Dövlət Məşğulluq Xidməti tərəfindən bölgələrdə işsiz və işaxtaran vətəndaşlar üçün əmək yarmarkaları davam etdirilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, növbəti əmək yarmarkasının noyabrın 6-da Mingəçevirdə keçirilməsi planlaşdırılır.

İlkin məlumata əsasən, yarmarkada Mingəçevirdə fəaliyyət göstərən dövlət və qeyri-dövlət müəssisələri üzrə 150-yə yaxın boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif olunacaq. Təqdim olunan boş iş yerləri sırasında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə ayrılmış iş yerləri də olacaq. İşəgötürənlərin nümayəndələrinin də iştirak edəcəyi tədbirdə boş iş yerlərinə göndərişlər verilməklə yanaşı, peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlər qeydiyyata alınacaq.

Cari ilin ötən dövründə Dövlət Məşğulluq Xidməti tərəfindən bölgələrdə 54 əmək yarmarkası təşkil olunub.