“DəmirBank” işə qəbul elan edir | Təhsil Elanları
“DəmirBank” işə qəbul elan edir
Bölmə:İş Elanları 1353 dəfə oxunub
03.11.2015

26 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bank bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən 1000-dən artıq əməkdaşları ilə fəxr edir və Korporativ Bankçılıq Departamentinə mütəxəssis vəzifəsinə işə qəbul elan edərək Sizi də DəmirBank ailəsinə qoşulmağa dəvət edir.

Namizədə qarşı tələblər:

  • Kommersiya, Maliyyə, Biznes İdarəedilməsi sahələri üzrə ali təhsil; (MBA və digər peşəkar kvalifikasiyalı namizədlərə üstünlük verilir);

  • 3 illik maliyyə, kredit, strateji, biznesin inkişafı sahəsində təcrübəyə malik olmaq;

  • Təşkilatçılıq bacarıqlarına sahib olmaq;

  • Kredit təhlili və riskin idarəedilməsi üzrə bilik və bacarıqlara malik olmaq;

  • Satış və müştəri xidməti üzrə bacarıqlara sahib olmaq;

  • İngilis və Rus dillərini sərbəst bilən namizədlərə üstünlük verilir;

  • Təqdimat bacarıqlarına malik olmaq;

  • MS Office proqramlarında (xüsusilə MS Excel, Power Point proqramlarında) sərbəst şəkildə işləyə bilmək bacarığına malik olmaq;

  • Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insan psixologiyasına bələd olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 09 noyabr 2015-ci il tarixinədəkhr@demirbank.az elektron ünvanına müraciət olunan vəzifənin adını email-in mövzu hissəsində (Korporativ Bankçılıq Departamentinə mütəxəssis) qeyd edərək göndərə bilərsiniz.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.