Vergilər Nazirliyində iş imkanı! | Təhsil Elanları
Vergilər Nazirliyində iş imkanı!
Bölmə:İş Elanları 1756 dəfə oxunub
31.10.2015

Vergilər nazirinin 14 sentyabr 2015-ci il tarixli 1517040101170000 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət baş idarəsinin Çağrı mərkəzi idarəsində olan vakant vəzifələrin tutulması üçün kadr ehtiyatının yaradılması və idarə olunması Qaydaları”nın 2.3-cü bəndinə əsasən Vergilər Nazirliyinin İnsan resursları idarəsi Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət baş idarəsinin Çağrı mərkəzi idarəsinin kadr ehtiyatının yaradılması məqsədilə müsabiqə elan edir.

Müsabiqədə iştirak etmək istəyən namizədlər 30 oktyabr – 13 noyabr 2015-ci il tarixlərində ərizə ilə müraciət etməlidirlər. Ərizə İnsan resursları idarəsinin baş mütəxəssisi İlkin Rəhimova elektron poçt (ilkin.rahimov@taxes.gov.az) vasitəsilə göndərilə bilər.

Müsabiqədə iştiraka bir qayda olaraq vergi orqanlarında azı 2 il iş təcrübəsinə və müvafiq vəzifənin tutulması üçün tələb olunan ixtisas üzrə ali təhsilə malik namizədlər və Vergilər Nazirliyinin kadr ehtiyatında olan şəxslər buraxılırlar. Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət baş idarəsinin Çağrı mərkəzi idarəsində mövcud olan vəzifələrin təlimatı Nazirliyin rəsmi internet səhifəsində (www.taxes.gov.az/aparat) yerləşdirilmişdir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər əsasən aşağıdakı tələblərə cavab verməlidirlər:

-       Azərbaycan dilində səlis, mədəni danışmaq, oxumaq və yazmaq;

-       kompüterdə orta səviyyədə işləmək;

-       gərgin rejimdə işləmək;

-       operativlik;

-       yeniliklərə uyğunlaşmaq;

-       davamlı öyrənmə;

-       stresə davamlılıq;

-       konstruktiv əlaqələr qurmaq;

-       yazılı və şifahi ünsiyyət;

-       nəticəyə yönümlülük;

-       məntiqi düşünmək.

Müraciət edənlərin sayından asılı olaraq Müsabiqə Komissiyası elanın şərtlərinə uyğun olaraq namizədlərdə üstünlük verilən əsas göstəriciləri onların şəxsi məlumatları üzrə təhlil edərək səs çoxluğu ilə yazılı imtahana çağırılacaq şəxsləri müəyyən edir.

Müsabiqə yazılı imtahan və müsahibə mərhələlərindən ibarətdir.

Müsabiqənin yazılı imtahan mərhələsində namizədlərin vergi qanunvericiliyi və vergi inzibatçılığı üzrə bilikləri, habelə Vergilər NazirliyininVergi ödəyicilərinə xidmət baş idarəsinin Çağrı mərkəzi idarəsinin fəaliyyət istiqamətləri üzrə praktiki bilikləri və məntiqi düşünmə qabiliyyətləri yoxlanılır.

Yazılı imtahan zamanı namizədlər 60 dəqiqə ərzində imtahan vərəqəsində olan 10 sualı cavablandırmalıdırlar və 5 bal keçid balı hesab olunur.

Yazılı imtahanda uğur qazanan namizədlər müsahibə mərhələsinə buraxılırlar.

Müsahibə zamanı namizədlərin müvafiq vakant vəzifəyə uyğunluğu müsabiqə şərtləri (elanda namizədə olan tələblər) əsasında qiymətləndirilir və hər bir namizədlə fərdi qaydada azı 20 dəqiqə ərzində aparılır. 

Müsahibə mərhələsində azı 7 bal toplamış namizəd müsabiqədən uğurla keçmiş hesab edilir.

Müsabiqədə uğur qazanan namizədlər Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət baş idarəsinin Çağrı mərkəzi idarəsinin kadr ehtiyatına daxil edilir.

 

Qeyd: Yazılı imtahanın və müsahibənin yeri və vaxtı barədə məlumatlar 3 gün əvvəlcədən veriləcəkdir. Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün (012) 403-81-35 nömrəsi ilə Vergilər Nazirliyinin İnsan resursları idarəsinin baş mütəxəssisi İlkin Rəhimova və 195 nömrəsi ilə Vergilər Nazirliyinin Çağrı Mərkəzinə müraciət oluna bilər.