İş axtaranlar üçün qızıldan qiymətli məlumat | Təhsil Elanları
İş axtaranlar üçün qızıldan qiymətli məlumat
Bölmə:İş Elanları 2428 dəfə oxunub
30.10.2015

Dünyanı bürüyən iqtisadi böhran, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi səbəbindən lap elə ölkəmizdə də yaranan problemlər bir çox insanın işsiz qalmasına səbəb olub. Bankların iflası, dolların qalxması fonunda manatın dəyərdən düşməsi insanların qayğılarını artırıb. Belə bir çətin şəraitdə işsiz qalmaq daha ağır nəticələrə gətirib çıxarır.

İş axtaran insanlar üçün vacib olan məlumat və tövsiyələr:

1. Nə istədiyinizə qərar verin:

Necə bir iş istəyirsiniz? Tam ştatlı, yaxud yarım ştatlı bir iş? Təhsil aldığınız sahəyə aid iş olsun, yoxsa xəyallarınızdakı iş? Təcrübəli olduğunuz sahədə, yoxsa yepyeni bir sahədə? Pul qazanmaq üçün, yoxsa pulu hələlik ikinci planda saxlayıb təcrübə qazanmaq üçün? Karyera qurmaq üçün, yoxsa günün ehtiyaclarını ödəyə bilmək üçün? Bunu müəyyən etdikdən sonra addımlarınızı o istiqamətdə atın.

2. Özünüzü, müəyyən bir sahə ilə məhdudlaşdırmayın:

Sahib olduğunuz qabiliyyət və təcrübələrinizi zənn etdiyinizdən daha çox sahədə istifadə edə bilərsiniz. Bu sahələri araşdırın, müraciət arealınızı genişləndirin.

3. Ətrafınızı məlumatlandırın:

Yoldaşlarınıza, qohumlarınıza, dost-tanışa iş axtardığınızı bildirin. Əvvəlki iş yerindən və ya məktəbdən tanıdığınız insanlarla əlaqə saxlayın. Onların işləri haqqında məlumat əldə edin. Bütün bu kəslərə necə bir iş axtardığınızı və uyğun bir iş olduğu zaman sizə xəbər vermələrini söyləyin. Heç ümid etmədiyiniz bir yerdən sizə uyğun iş xəbəri gələ bilər.

4. CV-niz vitrindir, onu maraqlı hala gətirin:

CV-nizi alt-alta darıxdırıcı maddələrdən ibarət olan bir sənəd olmaqdan qurtarın. Fərqli CV nümunələrini araşdıraraq sizi ən yaxşı təqdim edə biləni seçin. Müraciət edəcəyiniz iş yerlərinin siyasətinə uyğun fərqli CV-lər hazırlamaqda fayda var. Rəsmiyyətə əhəmiyyət verən iş yerləri üçün siz də rəsmi bir CV hazırlayın. Eyni zamanda reklamçılıq və ya dizayn şirkətinə də müraciət edəcəksinizsə, bura üçün yaradıcılığınızı ön plana çıxaracaq, canlı və rəngli bir CV-niz olmalıdır.

5. İş axtarış platformanızı geniş tutun:

Qəzet elanlarını, internetdəki onlarla iş axtarış saytını dəyərləndirin. Buralara CV qoyun, yeni və yenilənən elanları nizamlı olaraq təqib edin. İşi çox istədiyiniz və mövqeyi üçün tamamilə uyğun olduğunuzu düşündüyünüz firmaların insan qaynaqları birliyi ilə görüş təyin edərək birbaşa əlaqə saxlaya bilərsiniz.

6. Müraciət etdiyiniz firmaları diqqətlə seçin:

Meyarlarınıza və təcrübələrinizə uyğun firmalara müraciət edin. Sizə uyğun olmadığını düşündüyünüz firmalara CV göndərmək vaxt itkisidir. Qəbul edilsə belə istəmədiyiniz bir işdə çalışmaq sonralar böyük problemlərə yol aça bilər.

7.Özünüzü davamlı olaraq inkişaf etdirin:

Deyək ki, bir-iki ay iş tapa bilmədiniz. Dərhal ümidsizliyə qapılmayın və bu müddəti özünüzü inkişaf etdirib CV-nizi zənginləşdirmək üçün bir fürsət olaraq görün. Sahənizlə əlaqədar kurs, seminar və konfranslara qoşulun, kitablar oxuyun. Daha sonra bu təcrübələrinizi CV-nizə əlavə edərək firmalara bir daha göndərin. İnternet saytlarındakı CV-lərinizi də bu istiqamətdə yeniləyin.

8.Özünüzə güvənməyə çalışın:

İş görüşünə getdiyinizdə özünə qapanmış, nəticənin uğursuz olacağına əvvəldən özünü inandırmış, utancaq və istəksiz təsəvvürü yaratmayın. Bu işi həqiqətən istədiyinizi və təcrübələrinizə güvəndiyinizi müəyyən edən bir rəftar ortaya qoyun. (Çox da özündən razı bir halda olmadan, təbii ki!) İşin detalları ilə əlaqədar suallar soruşun. Müsbət istiqamətlərinizi vurğulayın. O işi əldə etmək üçün bütün mümkün qabiliyyətlərinizi ortaya qoyun.

9. Recycling istəyin:

Görüşə getdiyiniz iş yerindən "biz sizinlə əlaqə saxlayarıq" kimi bir cavab alsanız, qəbul edilmədiyiniz təqdirdə də səlahiyyətlilərdən sizinlə əlaqə saxlamalarını və bunun səbəblərini bildirmələrini istəyin. Bu, sonrakı müraciətlərinizdə nələrə diqqət etməyiniz lazim olduğunu və əskikliklərinizin nələr olduğunu görmək mövzusunda sizə köməkçi olar.

10.Buraxmayın:

Bu günün müvəffəqiyyətli iş sahibləri ilk işlərinə girmək, ilk müvəffəqiyyətlərini əldə etmək üçün heç də asan yollardan keçmədilər. İş tapmaq prosesinin asan bir proses olmadığını, aylarla davam edə biləcəyini bilin. Səbirli olun!