Sumqayıt Təhsil şöbəsinə müdir təyin olundu - EKSKLÜZİV | Təhsil Elanları
Sumqayıt Təhsil şöbəsinə müdir təyin olundu - EKSKLÜZİV
Bölmə:Təhsil Nazirliyi 646 dəfə oxunub
29.10.2015

Bildiyimiz kimi, Sumqayıtın yeni təyin olunmuş icra başçısı ilk olaraq şəhər təhsil şöbəsinin müdiri, daha doğrusu o səlahiyyətləri icra edən Vaqif Ələkbərovu tutduğu vəzifədən azad etdi. Artıq bir aya yaxındır ki, bu vəzifəyə kimin təyin olunması ilə bağlı müxtəlif fikirlər dolaşır.

Bu posta Təbiət Elmləri Təmayüllü Gimnaziyanın direktoru Nizami Əhmədov və artıq ləğv olunmuş Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt şəhər filialının direktori kimi çalışmış Raya Nəcəfovanın gətiriləcəyi gözlənilsə də, ehtimallar özünü doğrultmayıb.

Xeberle.com-un məlumatına görə, bu gün isə artıq Sumqayıt Təhsil şöbəsinə müdir təyin olunub. Belə ki, Səmədov Teymur Qırımxan oğlu Sumqayıt Təhsil şöbəsinə müdir təyin olunub. T. Səmədov bu təyinata qədər şəhər 4 saylı orta məktəbin direktoru vəzifəsində çalışıb.
T. Səmədov Xeberle.com-a eksklüziv açıqlamasında təyinatı təsdiqləyib və bu gündən Sumqayıt Təhsil şöbəsinin müdiri kimi vəzifəsinin icrasına başladığını bildirib.