"Biomüxtəlifliyimizi Qoruyaq" adlı aksiya | Təhsil Elanları
"Biomüxtəlifliyimizi Qoruyaq" adlı aksiya
Bölmə:Təlimlər / Trainings Təqdimat və Sərgilər 1599 dəfə oxunub
15.05.2014

Biomüxtəliflik Günü ilə əlaqədar olaraq WWF Azərbaycan və Təbiət Dostları GİB 18 May 2014-cü il tarixində "Biomüxtəlifliyimizi Qoruyaq" adlı aksiya həyata keçirəcəkdir. Aksiyanın məqsədi gənclərin və təbiət sevərlərin diqqətini zəngin təbiətimizə və onun mühafizəsinə cəlb etməkdir. Aksiya 2 hissədən ibarət olacaq . 1. Veloyürüş 2. Seminar.

"Biomüxtəlifliyimizi qoruyaq" aksiyası açıq hava altında saat 12:00-da, Nəbabət bağında keçiriləcək və iştirakçılara biomüxtəliflik, onun qorunması mövzusunda məlumat veriləcək. Eyni zamanda açıq məkanda "Azərbaycanın zəngin biomüxtəlifliyi" mövzusunda foto sərgi də təşkil ediləcək. İştirakçılar özləri ilə müəllifləri olduğu müxtəlif təbiət şəkillərini də gətirə bilərlər.

Ünvan: Mərkəzi Nəbabət bağı, Bakı şəh., Badamdar şossesi, 40

Aksiyada iştirak etmək istəyənlər aşağıdakı linkdən daha geniş məlumat əldə edə bilərlər:

https://www.facebook.com/events/1434633596793586/