Müəllimləri 100-150 manat cərimə edəcəklər? | Təhsil Elanları
Müəllimləri 100-150 manat cərimə edəcəklər?
Bölmə:Təhsil Nazirliyi 869 dəfə oxunub
28.10.2015

Azərbaycan Təhsil Nazirliyi orta məktəblərdə "Müəllimin proqram dəftəri"ni əl yazısı ilə yazmayan müəllimlərin 100-150 manat miqdarında cərimə ediləcəyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
 
Nazirlikdən bildirilib ki, hər bir fənn standartlarına dair proqram materiallarının təxmini bölgüsü həmin fənn üzrə dərslik komplektinə daxil olan "Müəllim üçün metodik vəsait"lərdə verilir. Ancaq hər bir müəllim buna yaradıcı yanaşmalı, özünün illik təqvim-tematik planını hazırlamalı və həmin plan məktəb rəhbərliyi tərəfindən təsdiq olunmalıdır.
 
Nazirlikdən qeyd edilib ki, planın əlyazma və ya çap variantda olması mühüm əhəmiyyət kəsb etmir. Planın əlyazma şəklində olmasına görə müəllimlərin cərimə edilməsi isə şayiə xarakteri daşıyır.