Müəllimlərin maaşı gələn ildən artacaq | Təhsil Elanları
Müəllimlərin maaşı gələn ildən artacaq
Bölmə:Təhsil Nazirliyi 639 dəfə oxunub
27.10.2015

Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşı növbəti ildən artımla hesablanacaq.

 Bu barədə Publika.az-a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, bu ilin sonunadək ölkəmizin daha 12 şəhər və rayonunda – Gəncə, Sumqayıt, Şirvan, Abşeron, Hacıqabul, İmişli, Masallı, Xaçmaz, Cəlilabad, Saatlı, Qubadlı və Sabirabadda dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.

 “2016-cı ilin yanvarından isə həmin müəllimlərin əməkhaqlarının artırılması planlaşdırılır. Bununla da 1 il ərzində ölkənin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin 40 faizinin əməkhaqqında əhəmiyyətli artım təmin olunacaqdır”.

 Məlumatda qeyd olunub ki, Bakı şəhərinin dövlət ümumi təhsil müəssisələrində çalışan 30 000 nəfər müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib.

 “Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin həftəlik dərs yükü normas

 1,5 dəfə, aylıq vəzifə maaşı 2 dəfə artırılıb. Nəticədə orta hesabla əməkhaqqı 35 faiz artıb, 8965 nəfər müəllimin əməkhaqqı 500-1000 manat, 476 nəfər müəllimin əməkhaqqı isə 1000 manatdan  yuxarı olub. Aparılan islahat nəticəsində həmin müəllimlərin orta aylıq əmək haqqı 425 manat təşkil etməklə, ölkə üzrə müvafiq göstəriciyə yaxınlaşıb”.